Xəbər lenti
7-12-2019, 12:07

 

“Liatris Holding” və News24.az xəbər saytının təşkilatçılığı, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin dəstəyi ilə “Qadına şiddətə son” sosial layihəsi çərçivəsində bir neçə çağırışlı çarxlar hazırlanıb. 

Həmin sosial çarxlardan biri #üzristəyirik haşteqi ilə “Üzr istəyirik” adı altında təqdim olunub. Bu çarxda cəmiyyətin tanınmış şəxsləri – xalq artisti Kazım Abdullayev, tanınmış jurnalist İlqar Əlfioğlu, aktyorlar Kamran Yunis, Kamran Ağabalayev, Murad İsmayıl, İbrahim Çingiz, 6 qat dünya çempionu Pərviz Abdullayev, şair Şəhriyar Del Gerani, qiraətçi Xəzər Süleymanlı, aparıcılar Saleh Bağırov, Hacı Nuran Hüseynov, Rəşad Abbasov, reper Pərviz İsaqov (PRoMete) qadınlara göstərilən hər cür zorakılıq, şiddətə görə Azərbaycan kişisi adından üzr istəyirlər.

Bu çarx eyni zamanda əsl Azərbaycan kişisinin qadınına təzyiq göstərən, onu döyüb- söyən yox, övladlarını çox sevən ata, gözəl ailə başçısı, sədaqətli həyat yoldaşı olduğunu diqqətə çatdırmaq məqsədi daşıyır.

Çarxda hər bir iştirakçının üzründən əvvəl 2019-cu ilin ilk 9 ayında törədilmiş qadın qətllərinin statistikası əks olunub.

 Video




Ana səhifəyə qayıt        Baxış: 63          Tarix: 30-11-2019, 19:51      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent