Xəbər lenti
7-12-2019, 12:07

 

Məlum olduğu kimi Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının deputat korpusu bu gün parlamentin iclasında Prezident İlham Əliyevə müraciət etdi. Həmin müraciətdə parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi öz əksini tapıb.

Hurriyyet.org bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O qeyd edib ki, bu seçimin öz əsasları var, heç bir halda təsadüfi xarakter daşımır:
“Burada həlledici amil onunla bağlıdır ki, ölkə prezidenti cənab İlham Əliyev hərtərəfli, geniş, sistemli islahatlar kursu həyata keçirir. Bu kurs həm ali icra hakimiyyətini, həm də məhkəmə hakimiyyətini əhatə edir. Təbii ki, bu islahatların səmərəli nəticələrə gətirib çıxarması üçün o, eyni zamanda hakimiyyətin qanunvericilik qolunu da əhatə etməlidir.

Məsələyə bu aspektdən yanaşdıqda parlamentin də bu islahatların əhatə dairəsinə daxil olması məntiqli, gözlənilən idi. Məhz bu reallığı – Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi, həm də parlamentdə çoxluq təşkil etməsi reallığını nəzərə alaraq onun Siyasi Şurası müvafiq təşəbbüslə çıxış edib. Partiyanı təmsil edən deputatlar həmin mövqeni müdafiə edib və cənab prezidentə müraciət də bu kontekstdə reallaşıb”.

Elman Nəsirovun sözlərinə görə, bütün bu dəyişikliklərin kökündə dayanan əsas amil odur ki, Azərbaycan yeniləşir, müasirləşir və yeniləşən, müasirləşən Azərbaycana yeni parlament lazımdır:
“Bu məqamda cənab prezidentin sözlərindən sitat gətirmək istərdim.

O, “İslahat nədir” sualına cavabında qeyd etdi ki, islahat ilk növbədə təkamüldür, islahat yeni dövrə uyğunlaşmadır və islahat tərəqqi deməkdir. Təbii ki, parlament də məhz təkamül, yeni dövrə uyğunlaşma və tərəqqi yolunu seçərək bu addımı atır. Yeri gəlmişkən bununla da hakim partiya yeni bir siyasi mədəniyyət ortaya qoyur, növbəti tarixi addıma imza atır və bu siyasi mədəniyyəti nümayiş etdirir. Ümummilli maraqlar, ölkənin inkişafı, tərəqqisi, təkamülü, dəyişən, inkişaf edən Azərbaycan naminə parlament özünü buraxır və yeni seçkilərin keçirilməsi məsələsini ortaya qoyur”.

Müsahibimiz əlavə edib ki, bu praktika geniş yayılıb:

“Məsələn, dekabrın 12-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq noyabrın 6-dan seçki kampaniyasına start verilib. İspaniyada 2015-ci ildən 2019-cu ilədək düz 4 dəfə növbədənkənar parlament seçkiləri keçirilib. Yəni, təxminən ildə bir dəfə bu baş verib. Yeri gəlmişkən, 2019-cu ildə isə İspaniyada iki dəfə növbədənkənar parlament seçkiləri keçirilib. Odur ki, buna normal baxılır və dünya praktikasında da bu hal çox geniş yayılıb.

Əsas məsələ odur ki, atılan bu addım nəticə etibarilə cənab Prezidentin çox sürətlə həyata keçirdiyi islahatlar siyasətinin mahiyyətindən doğur, ona adekvatdır və Azərbaycan parlamentinin də məhz bu islahatlar kursuna sadiq qaldığının ifadəsidir.

Hakim partiya da bu reallıqdan çıxış edərək tarixi addımını atıb”.




Ana səhifəyə qayıt        Baxış: 34          Tarix: 2-12-2019, 22:59      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent