Xəbər lenti
Bu gün, 12:07

 

Qaregin Njde məsələsi daim gündəmdə saxlanılmalı və bu, müvəqqəti xarakter daşımamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Ankarada Avrasiya Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Erməni-nasizm əməkdaşlığı” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Ermənistanda “məxməri inqilab” adlandırılan hakimiyyət dəyişikliyindən sonra ermənilər özlərini liberal, islahatçı kimi qələmə verməyə çalışırlar:

“Ermənistanda əslində irqçilik mühitinin hökm sürməsi faktı ictimaiyyətə çatdırılmalıdır. Ermənistanın daxili mühitini daha yaxşı öyrənmək üçün tədqiqatçılara ehtiyac var”.

Daha sonra çıxış edən Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib ki, ermənilərin tarix boyu qəhrəmanları olmadığı üçün Azərbaycan və Türkiyə əleyhinə terrorlar törətmiş şəxsləri özlərinə qəhrəman elan ediblər. O bildirib ki, bu baxımdan Ermənistan SSRİ-yə qarşı açıq vuruşmuş Qaregin Njdeni qəhrəman elan edib:

“Qaregin Njde “tsexakronizm” ideyasını irəli sürürdü. Bu isə “dinin hakimiyyəti” deməkdir. Bu ideologiyaya əsasən ermənilər ən ali millətdir və “tsexakronizm” ideyası faşizm ideologiyası ilə üst-üstə düşür. Hazırda Ermənistan rəsmi olaraq bu ideologiya ilə idarə olunur”.

Qafar Çaxmaqlı qeyd edib ki, alman kəşfiyyatı üçün çalışan Qaregin Njdeyə xidməti qarşılığında Naxçıvan, Qarabağ və Şərqi Anadolu vəd edilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 423          Tarix: 22-11-2019, 12:19      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent