Xəbər lenti
Bu gün, 12:07

 

Qərbi Kaspi Universitetinin Beynəlxalq münasibətlər və politologiya kafedrasının müəllimi, politoloq İlyas Hüseynov Teleqraf.com-a müsahibə verib.

Müsahibə zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 12-də Paris Sülh Forumunda səsləndirdiyi fikirlərə, o cümlədən Sumqayıt hadisələri ilə bağlı əsl həqiqətlərin nələrdən ibarət olmasına aydınlıq gətirilib.

Həmçinin, Rusiya-Ermənistan münasibətləri, Rusiyanın müdafiə və xarici işlər nazirləri Sergey Şoyqu və Sergey Lavrovun Ermənistana son səfəri, bu zaman səslənən bəyanatlar və digər aktual məsələlərə münasibət bildirilib.

İlyas Hüseynov qeyd edib ki, 1988-ci il fevralın 27-29-da ermənilərin Sumqayıtda törətdikləri vəhşiliklər erməni ideoloqları tərəfindən uzun müddət işlənib hazırlanmışdı. Azərbaycanlıların Ermənistandan köçürülməsinin çox amansızlıqla baş verdiyini deyən politoloq 7 dekabr 1988-ci ildə Spitakda baş verən zəlzələnin Ermənistandan köçürülən Azərbaycan türklərinin başına gələ biləcək böyük fəlakətlərin qarşısını aldığını vurğulayıb. Əlavə edib ki, bu zəlzələ Xocalı faciəsini bir müddət təxirə saldı:

“Paşinyan yaxşı bilir ki, Sumqayıt hadisələri başdan-başa SSRİ rəhbərliyinin, Daşnaksütyun Partiyasının, eyni zamanda Sumqayıt ərazisinə Ermənistandan gələn xüsusi diversiya qrupunun, agentura şəbəkəsinin planı idi. 1988-ci il hadisələrindən əvvəl Ermənistandan Azərbaycana gələn xüsusi qruplar var idi. Onlar bütün Azərbaycanı gəzirdilər. Bəzi ermənilər isə azərbaycanlıları gözlənilən fəlakətlə bağlı xəbərdar edirdilər. Buna görə də biz deyə bilərik ki, Paşinyan Sumqayıt hadisələri ilə blef edir. Ümumiyyətlə o, böyük rəqəmlərlə jonqlyorluq etməyi sevir”.

İlyas Hüseynov Nikol Paşinyanın baş nazir kimi 1,5 illik fəaliyyətini dəyərləndirib. Deyib ki, Nikol Paşinyan Qərbə inteqrasiyaya dair vədləri yerinə yetirmədi. Onun sözlərinə görə, Paşinyanın hakimiyyətinin ilk aylarında Rusiya ilə Ermənistanın münasibətlərinin korlanması Qarabağ klanının aktivləşməsinə gətirib çıxardı.

“Bütün bunlar göstərir ki, Ermənistanda hələ də xaotik idarəetmə mövcuddur”, – deyən müsahibimiz əlavə edib ki, Qarabağ klanı zəifləməyib, onun tərəfdarları var.

İlyas Hüseynov keçmiş prezident Robert Köçəryanın vəkilinin Ermənistan Konstitusiya Məhkəməsi sədrinin yaxın qohumu olduğunu bildirib. Onun sözlərinə görə, N.Paşinyan hələ də Konstitusiya Məhkəməsi sədrini işdən çıxara bilmir və ona qarşı kampaniya aparır:

“Ermənistan daxilində vəziyyət get-gedə pisləşir. Təcavüzkar ölkədə il yarım ərzində köklü dəyişiklik baş verməyib. Bu vəziyyətdə Ermənistanda hansısa iqtisadi uğurlar əldə etmək mümkünsüzdür”.

Politoloq daha sonra deyib:

“Kreml oktyabrın sonunda müdafiə naziri Sergey Şoyqunu, noyabrın əvvəlində isə xarici işlər naziri Sergey Lavrovu Yerevana göndərməklə sübut etmək istədi ki, biz hələ də strateji müttəfiqik, münasibətlərimiz çox istidir. Bu istilik heç olmasa görüntüdə var. Bu gün Rusiyanın Ermənistanda təsiri daha böyükdür, nəinki Qərbin. Rusiya ilə Qərbin maraqları “Amulsar” qızıl yatağının işlənilməsi məsələsində də toqquşur”.

Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri barədə danışan politoloq bu səfərlərin vaxtilə Azərbaycanda hiddətlə qarşılandığını vurğulayıb. Qeyd edib ki, Yerevan Ermənistan jurnalistlərin səfərləri məsələsində də ikili oyun oynayır və bu gün jurnalistlərin səfərləri Azərbaycan üçün faydalı deyil.




Ana səhifəyə qayıt        Baxış: 43          Tarix: 21-11-2019, 20:12      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent