Xəbər lenti

 

Avropa Komissiyasının rəhbəri seçilmiş Ursula fon der Lyayen "Şərq Tərəfdaşlığı" ölkələri ilə əlaqələri möhkəmləndirməyə dair çağırış edib.

Report xəbər verir ki, o, bu barədə genişlənmə üzrə gələcək avrokomissar, Macarıstandan olan namizəd Laslo Troksanyiyə yazdığı məktubda bildirib.

O, Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişlərinin icrasını sürətləndirməyə çağırıb.

Ursula fon der Lyayen həmçinin Troksanyinin qarşısında "Şərq Tərəfdaşlığı"nın digər üç ölkəsi - Azərbaycan, Belarus və Ermənistan ilə də əlaqələri möhkəmlətmək tapşırığı qoyub, 2020-ci ilin ortalarına qədər uzunmüddətli siyasi hədəflərin yeni paketinin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, tərəfdaşlığın məqsədləri Avropa İttifaqının imkanları və maraqlarına hörmət edilməklə proqram ölkələrinin siyasi və iqtisadi seçimini əks etdirməlidir.

Xatırladaq ki, Avropa Komissiyasının yeni tərkibi işinə 2019-cu ilin noyabrında başlayacaq.




Ana səhifəyə qayıt        Baxış: 44          Tarix: 11-09-2019, 11:14      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent