Xəbər lenti
Dünən, 12:59
 
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin qurumun aprelin 9-da mitinq keçirilməsi ilə bağlı xəbərdarlıq məktubuna müsbət cavab verib. Qurumun rəhbərliyi və mitinqə hazırlıq üzrə təşkilat komitəsi BŞİH-in mitinqin aprelin 9-da deyil, 8-də keçirilməsi təklifini müzakirəyə çıxarıb və qəbul edib. Beləliklə, mitinq aprelin 8-da saat 15-də Bakıda “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinqin “Korrupsiyaya, rüşvətxorluğa, siyasi məhbusların həbsdə saxlanmasına son” və digər şüarlarla keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 4-də mitinqin təşkilatçıları Oqtay Gülalıyevi, Tofiq Yaqublunu və İlham Hüseyni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəbul edib. Görüşdə Hacıbala Abutalıbov mitinqin aprelin 9-da deyil, 8-də keçirilməsinin məqsədəuyğun olduğunu təklif etmişdi. Təşkilatçılar təklifi müzakirə etdikdən sonra qəbul ediblər.
Maraqlıdır, heç zaman heç kimə güzəştə getməyən Milli Şura nədən Hacıbala Abutalıbovun qarşısında yumşalıb və onun təklifini qəbul edib?
Oqtay Gülalıyev bildirib ki, Abutalıbov mitinqin şənbə günü keçirilməsini təklif edərkən bunun insanların istirahət hüququnun təmin olunmasına hörmət əlaməti olaraq nəzərə alınmasını dedi: “Mitinq təşkilatçıları olaraq biz Hacıbala Abutalıbova onun təklifinin qanunsuz olduğunu bildirdik. Qeyd etdik ki, mitinqin təşkilatçıları təklifi qanunsuz hesab edir.
Hacıbala Abutalıbovun diqqətində çatdırdıq ki, mitinqin vaxtını, yerini və şüarlarını təşkilatçılar müəyyən edir. Bizim tərəfdarlarımız mitinqin bazar günü keçirilməsini istirahət hüquqlarının pozulması kimi qəbul etmir.
Bir daha bəyan edirik ki, Milli Şuranın mitinqinin aprel ayının 9-dan 8-nə keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı qanunsuzdur. Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyasına və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə ziddir. Biz bunu mitinqin təşkilat komitəsinin üzvləri olaraq şəhər meri Hacıbala Abutalıbovla görüşdə də bildirdik. Kütləvi aksiyanın yerini, zamanını, tələblərini, şüarlarını və s. qanunvericiliyə uyğun olaraq icra hakimiyyəti deyil, aksiyanın təşkilatçıları və iştirakçıları müəyyənləşdirir".
BŞİH-in mitinqin vaxtını dəyişdirməsinin qanunsuz olduğunu bildirib qanunsuz təkliflə razılaşmağın nə cür əsaslandırılmasına gəlincə, Oqtay Gülalıyev sosial şəbəkədə yazıb ki, Milli Şura razılaşdırılmış mitinq keçirməyin önəmini, xalqımızın haqlı narazılığını, etiraz etmək istəyini nəzərə alaraq 8 apreldə mitinq keçirmək qərarını qəbul edib.
O, insanlara mitinqə qatılmaq çağırışını da edib.
Xatırladaq ki, mitinqin təşkilatçıları Milli Şuranın üzvləri-hüquqşünas Namizəd Səfərov, Tofiq Yaqublu, Oqtay Gülalıyev, İlham Hüseynlidir.(musavat.com)



Ana səhifəyə qayıt        Baxış: 717          Tarix: 6-04-2017, 09:57      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent