Xəbər lenti

“Qazaxıstan qısa müddətdə Xəzər dənizinə dair Konvensiyanı ratifikasiya etmək niyyətindədir. Düşünmürəm ki, bu məsələnin həlli uzanacaq”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə elçisi Zülfiyə Amanjolova Astanada jurnalistlərə deyib.

“Cənub hissədə Xəzər dənizinin dibinin bölünməsi üzrə danışıqlar davam etdirilir. Məndə olan məlumata görə, Azərbaycan və Türkmənistan, Azərbaycan və İran, eləcə də İran və Türkmənistan ikitərəfli danışıqlar aparırlar. Bu dövlətlərin öz aralarında nə vaxt razılığa gələcəklərini gözləyirik”, – o qeyd edib.

Xatırladaq ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşü keçirilib və yekunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Xəzər dənizi üzrə Konvensiyasının normalarının həyata keçirilməsi üzrə işçi qrupunun ilk iclası payızda Azərbaycanda keçiriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 256          Tarix: 17-08-2018, 16:06      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent