Xəbər lenti
Dünən, 12:59
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Ovqat.com xəbər verir ki, bunu "Report"a Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev bildirib.
O deyib ki, müraciətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq: "Milli Şura mitinqlərin bazar günü keçirilməsini istəyir. Bu, hüquqi baxımdan da qanunidir. Amma Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görüşdə bildirdi ki, bazar günü mitinqlərin keçirilməsi məqsədəuyğun deyil. Aprelin 9-na təyin etdiyimiz mitinqi ayın 8-nə keçirdi. Biz də bununla bağlı məhkəməyə müraciət etmişik. Biz bundan başqa, mitinq keçirilməsi üçün təkcə Yasamal rayonunda yerləşən "Məhsul" stadionunun deyil, digər yerlərin də ayrılmasını tələb edirik. Bakı Şəhər İcra Hakimiyyətinin bununla bağlı cavabını gözləyirik".
O.Gülalıyev qeyd edib ki, mitinqlərin keçirilməsi həmişə gündəmdədir: "Hazırda da mitinqlə bağlı müzakirələr gedir. Hesab edirik ki, mitinqlərdə geniş xalq kütlələri iştirak etməlidir. Ölkədəki ictimai-siyasi vəziyyətə uyğun olaraq mitinqlər keçiriləcək".


Ana səhifəyə qayıt        Baxış: 725          Tarix: 27-04-2017, 15:54      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent