Xəbər lenti
7-12-2019, 12:07
6-12-2019, 21:03

 

Arıqlama vasitələrindən mütəmadi olaraq istifadə etmək həzm sistemində ciddi fəsadlarla nəticələnə bilər. Bu, genişmiqyaslı tədqiqatlardan sonra aydın olub.

Araşdırmanın nəticələri “American Journal of Public Health” jurnalında dərc olunub.

Chan adlı Harvard Xalq Sağlamlığı Məktəbinin və Boston Uşaq Xəstəxanasının amerikalı alimləri müəyyən ediblər ki, çəkilərinə nəzarət etmək üçün mütəmadi olaraq arıqlama həblərindən və bağırsaq yumşaldıcı dərmanlardan istifadə edən qadınlar 1-3 il ərzində həzm sistemi xəstəlikləri riski ilə üzləşə bilərlər.

Aparılan tədqiqatlardan məlum olub ki, əvvəllər sağlam olan 14-36 yaş arası qadınların 1,8 faizi arıqlama həblərindən azı 1 il istifadə etdikdən sonra növbəti 3 il ərzində hər hansı həzm sistemi xəstəliklərinə yoluxublar.

Arıqlama həbləri əvəzinə bağırsaq yumşaldıcı dərmanlardan istifadə edənlərdə isə bu göstərici 4,2 faizdən artıq olub.

Müqayisə üçün bildirilir ki, dərman qəbul etməyən həmyaşıd qadınlarda bu göstərici 1 faizi ötməyib. \\Modern.az

 



Ana səhifəyə qayıt        Baxış: 44          Tarix: 22-11-2019, 20:09      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent