Xəbər lenti
Dünən, 12:59

  Bakıda özəl klinikalardan birində baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Xətai rayonu ərazisindəki özəl klinikada 8 yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkimin səhlənkarlığından o ölüb. Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilib və o, əməliyyat masasında keçinib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim N.Yaqubova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni səhlənkarlıq, ölümlə nəticələndikdə maddəsi ilə iş açılıb. Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb. Artı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim İbrahimlinin icraatına verilib.

Qeyd edək ki, klinikada faciəli şğkildə ölən Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş.




Ana səhifəyə qayıt        Baxış: 120          Tarix: 16-07-2019, 15:16      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent