Xəbər lenti
Bu gün, 12:07

 

Türk ordusunun Suriya ərazisində apardığı anti-terror əməliyyatları Ermənistanda ciddi narahatlıqla izlənməkdədir. Hər zaman PKK-ya dəstək verən, terror təşklatının Türkiyəyə yönəlik hücumlarını hər vasitə ilə dəstəkləyən Ermənistan, rəsmi Ankaranın bölgəyə gətirdiyü sülh və təhlükəsizliyi heç cür həzm edə bilmir, Türkiyənin hər zaman qan gölündə boğulmasını arzu edir.

Türk ordusunun Suriyada apardığı anti-terror əməliyyatına heç cür əngəl ola bilməyən Ermənistan, baş verənlərdən Azərbaycan müstəvisində yararlanmağa çalışır. Belə ki, son vaxtlar erməni mediasında türk ordusunun Suriyadakı hərbi əməliyaytlarından fürsət kimi yararlanmaqla bağlı çağırışlar səslənməkdədir. Mediada yer alan bu çağırışalrda vurğulanır ki, türk ordusunun başının Suriyada anti-terror əməliyaytına qatıldığı bir zamanda Ermənistan aktivlik sərgiləməli, fürsətdən istifadə edərək Naxçıvan ərazisinə daxil olmalı, habelə Azərbaycana qarşı yeni hücumlar təşkil etməlidir. Bu təklifin müəllifləri hesab edir ki, Türkiyənin əsas diqqəti Suriyadakı anti-terror əməliyyatına cəlb olunduğu üçün, müharibə olacağı təqdirdə onlar indiki halda Azərbaycana lazımi köməklik göstərə bilməyəcəklər.

Göründüyü kimi, torpaqlarımızı işğal altında saxlaya-saxlaya dünyaya yalançı sülh mesajı verən Ermənistan, digər tərəfdən yeni hücum və işğal planları qurmaqda, yeni torpaqlar zəbt etmək arzusundadır. Bu isə onu göstərir ki, 2016-cı ilin aprel döyüşlərinin daha iri miqyasda təkrarlanmasına, düşmənə daha böyük və ciddi dərsin verilməsinə ehtiyac var. /moderator.az




Ana səhifəyə qayıt        Baxış: 510          Tarix: 19-11-2019, 21:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent