Xəbər lenti
5-12-2019, 12:59

 

Toronto Universitetinin alimləri Kanadadakı Kidd mədəninin sularında yaşayan birhüceyrəli mikroorqanizmlər aşkar ediblər.

Onlar suyun yad süxurlarla qarşılıqlı təsirindən yaranan kimyəvi maddələri udmaqla sağ qalırlar. Sözügedən kəşf Yerdə həyatın necə yarandığını və onun başqa planetlərdə mövcud həyat şərtlərinə nə dərəcədə tab gətirə biləcəyini öyrənməyə kömək edəcək.

Bu barədə "The İndependent" müstəqil agentliyi xəbər verir.

Tədqiqatçılar piritin (dəmir disulfid) günəş işığı və oksigen olmadığı halda belə orqanizmin həyat şərtlərini saxlamağına kömək etdiyini bildiriblər. Bu iddia həmin orqanizmlərin yeraltı su anbarlarında necə yaşamasının açıqlamasını verir. Məlumdur ki, yerin səthinin dərinliklərində trilyonlarla birhüceyrəli varlıq ola bilər.

Yeraltı mikroorqanizmlərin aldığı enerji miqdarı az olduğundan onlarda maddələr mübadiləsi həddindən artıq yavaş gedir. Nəticədə, onlar min illərlə heç bir dəyişikliyə uğramadan yaşaya bilər.

Elm adamları açıq mikroblar və digər yeraltı birhüceyrəlilər arasında ailə bağlarının olub-olmadığını müəyyən etmək üçün DNT analizi aparmağa hazırlaşdıqlarını bildiriblər. Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 61          Tarix: 10-09-2019, 14:55      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent