Xəbər lenti
Bu gün, 12:07

 

Braziliyada yaşayan Frankielen da Silva adlı 21 yaşlı qadında hamiləliyin 9-cu həftəsində beyin qansızması baş verib.

Komsomolskaya Pravda xəbər verir ki, həyat yoldaşı ölüm ayağında olan qadını klinikaya gətirib, lakin burada ona kömək edə bilməyiblər. 3 gün sonra həkimlər "beyin ölümü"nü təsdiq ediblər.

Beyin ölümü bütün orqanizmin ölümü deməkdir. Ürək dayandıqda (ürək ölümü) insanı yenidən həyata qaytarmaq mümkün olsa da beyin ölümü zamanı bu mümkün deyil. Beyin öləndə ürək və digər orqanlar bir müddət xüsusi tibbi avadınlaqların köməyi ilə işləsə də  belə insan faktiki olaraq "diri ölü"dür.

Frankielen hamilə olduğuna görə həkimlər onun bədənini bətnində olan uşaqlar ölənə qədər apparatlara qoşulu şəkildə saxlamağa qərar veriblər.

Vaxt gedirdi, lakin döllər nəinki ölmürdü, hətta normal inkişaf etməyə davam edirdi. Bunu görən həkimlər uşaqları sona qədər qorumağı qərara gəliblər.

Müxtəlif mütəxəssislərdən olan böyük komanda uşaqların normal inkişafını təmin etmək üçün əlindən gələni edirdi. Burada mama-ginekoloqlar, fizoterapevtlər, diyetoloqlar, hətta müsiqi terapevtlər kimi nadir mütəxəssislər iştirak edirdi.

Körələri ana sevgisi və qayğısı ilə təmin etmək üçün həkimlər və Frankielenin ailə üzvləri növbə ilə onun qarnını sığallayır, uşaq mahnıları oxuyurdu, körpələrlə danışırdı.

Nəhayət ana öləndən 123 gün sonra keysəriyə kəsiyi əməliyyatı nəticəsində 2 körpə dünyaya gəldi - 1,4 kq-lıq Ana Vitoriya və onun 1,3 kq-lıq qardaşı Asaf. 3 ay ərzində uşaqlar xəstəxanada xüsusi inkubatorlarda böyüyürdü.  Hal hazırda 6 aylıq əkizlər tam sağlam və normal uşaqlardır./Saglamolun.Az/

 




Ana səhifəyə qayıt        Baxış: 545          Tarix: 15-07-2017, 22:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent