Xəbər lenti
7-12-2019, 12:07

 

Avropa Kosmos Agentliyi (ESA) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsini ehtimal olunan asteroid təhdidlərindən qorumaq üçün əməkdaşlıq haqda qərar verib.

Teleqraf.com xəbər verir ki, ESA yaydığı açıqlamada NASA ilə birlikdə “Didymos” adlı əkiz asteroidlə bağlı araşdırma aparmaq üçün işbirliyində olacağını bildirib.

Təsdiq olunan birgə layihəyə görə, NASA-nın “DART” adlanan kosmos cihazı əkiz asteroidlərdən birinə çırpılaraq, yaranan vəziyyəti müşahidə altında saxlayacaq.

ESA-nın əməliyyatda iştirak edəcək “HERA” adlı aparatı isə toqquşmadan sonra ortaya çıxacaq dəlilləri toplayaraq analiz edəcək.

2021-ci ildə icrasına başlanılacaq layihə çərçivəsində “DART” milyarder iş adamı Elon Maskın sahibi olduğu “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə kosmosa göndəriləcək. Toqquşmanın 2022-ci ildə baş verəcəyi planlaşdırılır.

“HERA” isə araşdırmalara 2023 və ya 2024-cü ildə başlayacaq.




Ana səhifəyə qayıt        Baxış: 51          Tarix: 5-12-2019, 10:06      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar