Xəbər lenti
7-12-2019, 12:07

 

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli noyabrın 25-də Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bibiheybət” məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar hadisə yerində olublar.

FHN-dən Axar.az-a verilən məlumata görə, əraziyə baxış keçirildikdən sonra mütəxəssislərin də iştirak ilə operativ müşavirə keçirilib, sürüşmənin mümkün səbəbləri, mövcud vəziyyət müzakirə edilib və məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparılması, sürüşmənin nəticələrinin qısa müddətdə aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.

 




Ana səhifəyə qayıt        Baxış: 55          Tarix: 30-11-2019, 16:08      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent