Xəbər lenti
Bu gün, 12:07

 

Bu ilin ilk 10 ayı ərzində Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı Azərbaycana gələn əcnəbilərin sayından təxminən 2 dəfə yaxın çox olub. Belə ki, bu ilin ilk 10 ayı ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4 milyon 653,9 min nəfərə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,9% və ya 639,3 min nəfər artıb.
Azərbaycan vətəndaşları ən çox İrana səfər ediblər. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 31,5%-i və ya 1 milyon 466 min nəfəri İranın payına düşüb. İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 13,4% və ya 173,2 min nəfər artıb.
Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları İrana daha çox iqtisadi çöküşdən ucuzlaşan malların alış-verişi üçün gedirlər. Bu ilin ilk 9 ayı ərzində İrana gedən 1 milyon 56 min nəfər Azərbaycan vətəndaşının 30%-i və ya 315 min nəfəri mağazalara baş çəkmək məqəsədilə İrana səfər edib. Bundan başqa ilin ilk 9 ayında 192,2 min Azərbaycan vətəndaşı istirahət üçün, 168 min nəfər isə dini ziyarət üçün İrana gedib.




Ana səhifəyə qayıt        Baxış: 70          Tarix: 22-11-2019, 21:42      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent