Xəbər lenti
Bu gün, 12:07

 

Azərbaycan prezidenti Administrasiyasının keçmiş şöbə müdiri, hazırda elmi fəaliyyətlə məşğul olan Elnur Aslanov İlham Əliyevin başlatdığı islahatların elmi-nəzəri təhlili barədə məxsusi olaraq virtualaz.org saytı üçün məqalə yazıb.

Elnur Aslanov   1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Azərbaycan prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektorunda referent, böyük məsləhətçi, 2005-2007-ci illərdə isə prezidentin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləyib.

2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilib. 2014-cü ilə qədər həmin vəzifəni tutub.Yeni Azərbaycan Partiyasının üzvü, siyasi elmlər namizədi, 1-ci dərəcə dövlət müşaviridir.

Elnur Aslanovun məqaləsini oxuculara təqdim edirik:

Müəllif: Dr. Elnur Aslanov

İslahat zərüridirmi?

“Tarixdə bütün əhəmiyyətli, yadda qalan hadisələri iki sözlə izah etmək olar – varislik və dəyişikliklər. Bu iki söz həm də uğurlu inkişafın alternativi olmayan şərtləridir. Əgər varislik yoxdursa, sizi məğlubiyyət gözləyir. Əgər dəyişiklik yoxdursa, onda hiss edilmədən əriyib yox olma baş verir.” Fransız tarixcisi Jak Le Goffun bu sözləri müasir dövrdə öz təsdiqini tapmiş həqiqətdir.  

Yaşadığımız dövr dövlət institutu və dövlətcilik fenomeninin mahiyyətini, milli dövlətin qarşılaşdığı problemlərin həlli yolunda atılan addımların xarakterini, məmur-vətəndaş münasibətlərində yaranan cəhətlərin obyektiv dərk olunmasını zərürətə cevirir. 

Cəmiyyətin inkişaf tarixi mürəkkəb proses olub, hadisələrin fasiləsiz davam edən ardıcıllığıdır. İstənilən sistem zaman kecdikcə dəyişir. Dəyişikiliklər bir vəziyyətdən digərinə keçid prosesi olub, yeni münasibətlər sistemi yaradır. 

İslahata aparan yol

Keyfiyyətə əsaslanan inkişafı təmin etmək üçün islahat siyasətinin həyata keçiriliməsi vacibdir. 

İslahat – cəmiyyətin marağ və mənafeyinin, istək və arzularının, hər bir vətəndaşın xoşbəxt gələcəyinin, dövlətin vətəndaşa sosial qayğısının təmin olunmasına yönəlib. Bu sosial dövlətin əsas məqsədidir. Vaxtı ilə Aristotel deyirdi ki, dövlət ona görə mövcud deyil ki, insanları yaşatsın, ona görə mövcuddur ki, insanları yaxşı yaşatsın. 

İslahat termin olaraq eynidir, ölkədən ölkəyə isə tamamilə fərqli təzahürə malikdir. Oxşar məqsəd və problemlərlə üzləşən ölkələr nə üçün fərqli kursu həyata keçirirlər? İslahatların ən fundamenatal şərti nədir? İslahatın uğurunu təmin edən cəhətlər hansıdır?

İslahatın uğuru:

  • islahatcı təfəkkürlü siyasi liderin realığı dəyərləndirmə fəhmindən, 

  • məqsəd aydınlığından, 

  • islahatın konstruktivliyindən, 

  • vətəndaşların gözləntiləri ilə səslənməsindən, 

  • zamanın cağırışına cavab verə bilmək qətiyyətindən asılıdır. 

İslahatın məqsədi isə: 

  • mövcud mexanizmlərdən daha mütərəqqisini təklif etmək,

  • köhnə stereotiplərə əsaslanan maneələri dəf edərək yeniliyin gərcəkləşməsi üçün geniş platforma yaratmaqdır. 

Ən vacib cəhət isə islahat fəlsəfəsinin, onun mahiyyətinin və zərurətinin insanlar tərəfindən dərk olunması, bu prosesin gərcəkləşməsində öz fəaliyyətlərini ortaya qoymaq istəyinin yaranmasıdır. Müasir dövlətdə islahatların reallaşması prosesində cəmiyyətin geniş əksəriyyətinin dəstəyini qazana bilmədən uğura nail olmak geyri-mümkündür. Cünki islahat məhz vətəndaşların gözləntilərinin nəticələri kimi gercəkləşir.  

İslahatın zamanı varmı?

İslahatların nə zaman, hansı səbəbdən həyata keçirilməsi hec də asan sual deyil. Bu, dövlətin inkişafı zamanı bir sıra obyektiv və subyektiv şərtlərin yaratdığı tələblərlə əlaqədardır. 

İnkişaf etmiş, ələxsus “Asiya Pələnqləri” adlanan ölkələrin inkişaf təcrübəsinə nəzər salsaq, milli dövlət quruculuğunun hər bir mərhələsində özünə məxsus islahat paketinin mövcudluğunu görərik. Hər bir uğur qazanmış dövlət öz inkişafında müxtəlif mərhələləri qət edir. Mərhələli inkişaf islahatların xarakterini, əhatə dairəsini, uğur və uğursuzluğun səbəb və nəticələrini müəyyən edir. 

Yeni yaranan müasir müstəqil dövlətlərin inkişafının ilk mərhələsində mövcud olan mürəkkəb və çeşidli strukturlar dağılır, onların yerini köklü sürətdə yeniləşən strukturlar əvəz edir. 

İkinci mərhələdə sabitliyin təmin olunması şəraitində müstəqil dövlətin yeni strukturlarının formalaşması başa çatır. 

Ücüncü mərhələdə dövlət strukturları öz səlahiyyətlələrini lazımınca icra edir, növbəti mərhələnin cağırışlarına hazır olmasını nümayiş etdirir. Dövlətin müasirləşmə potensialı, yüksək elmi texnoloji inkişafı təmin edilir, insanlarda demokratik cəmiyyətdə yaşadıqlarına əminlik hissi artır. Bu güclü dövlətin formalaşmasına gedən yoldur. 

İslahatlar nəyə yönəlib?

Azərbaycan öz inkişafında geyd edilən mərhələləri uğurla keçmişdir. Dövlətimiz iqtisadi, siyasi, sosial və mədəni təşkilatlanmanın yeni səviyyəsini, hakimiyyət institutlarının və vətəndaş cəmiyyətinin harmoniyasını bəyan edən güclü ölkədir. 

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkənin gələcək inkişafının 3 əsas istiqamətini əhatə edir. İslahatlar institusional inkişafın təkminləşməsinə, insan kapitalının keyfiyyət göstəricilərinin yüksəldiləməsinə, ümümrifah dövlətinin yaranmasına yönəlib. Ümümrifah dövləti konsepsiyasının əsasında cəmiyyətinin hər bir vətəndaşının layiqli həyat səviyyəsinin və sosial müdafiəsinin təmin olunmasına calışan dövlət nəzərdə tutulur. 

Dövlət başcısının ayrı-ayrı məmurlarla, səlahiyyət sahibləri ilə görüşləri, problemlərin müzakirəsinin aşkarlıq şəraitində KİV vasitəsilə cəmiyyətə catdırılması, həyata keçirilən dəyişikliklərin vətəndaşlarla bölüşdürülməsi siyasi mədəniyyətin bariz nümünəsidir.  

Burada iki cəhət xüsusilə nəzərə alınmalıdır. Birinci, məmurlardan öz vəzifə borclarının yerinə yetirilməsi ilə əlaqədar məsuliyyət hissinin artırlması tələbi bütün xalqa bəyan edilir. İkinsici isə, dövlət başçısı cəmiyyəti bu vəzifələrin yerinə yetirilməsi üçün nəzarəti artırmağa cağırır. Cünki, vətəndaş-dövlət birliyinə nail olmanın əsas yolu qarşılıqlı etibar və etimaddan keçir. 

Yeni, gənc kadrların dövlət strukturlarına təyin olunması zamanı Prezident əhalinin problemlərinə həssas yanaşılmasını, vətəndaşların hüquqlarının təmin olunmasını, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini xüsusilə vurğulayır. Bunula da dövlətciliyə xidmət mədəniyyətinin, dövlət qulluğu etikasının ən yüksək meyarlara uyğun aparılması tələbini önə sürür.  

Bü gün həyata keçirilən və keçirilməsi planlaşdırılan islahatlar haqqında müxtəlif fikirlər irəli sürmək, müzakirələr aparmaq olar. Lakin bu həqiqətdir ki, bügünki islahatlar onilliklər boyu həyata keçirilən islahatların məntiqi davamı olub, dövlətin və dövlətciliyin möhkəmlənməsinə xidmət edir. 

Ən ümümi şəkildə islahatlar - sistemli və struktur olaraq təsnifləşdirilir. Birinci, sistemli islahatlar - ictimai həyatın bütün əsas sahələrinə dövlət idarəciliyi sisteminə təsir göstərən geniş miqyaslı proseslərdir. İkinci – struktur islahatlar - ictimai həyatın müxtəlif istiqamətlərinin, institutlarının yenidən qurulması üçün az miqyaslı, eyni zamanda strateji vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Müxtəlif ölkələrdə islahatların iki – liberal və ya mühafizəkar modelləri tətbiq edilir. Azərbaycan Prezidenti islahatlara bir tərəfli yanaşmanı məqbul hesab etmir: “Təcrübə ilə yeniliyin sintezi uğurlarımızın bazasıdır” fikri əsas götürülür. 

Müasir dövrdə islahatların keçirilməsində xüsusilə maraqlı olan, bütün istedad və bacarığını bu istiqamətə yönəldən, yeni təfəkkür tərzinin daşıyıcıları olan gənclər formalaşıb. Onlar Prezident İlham Əliyevin təşəbbüsü ilə illər öncə dövlətin xaricdə təhsil almasına imkan yaratdığı gənclərdir. Mükəmməl təhsil alaraq, geri dönən bu gənclər bank, maliyyə, informasiya texnologiyaları, nəqliyyat, səhiyyə, təhsil və digər sahələrdə uğurla calışırlar. Bu bir daha sübüt edir ki, bu günkü nailiyyətlərin təməli uzun illər öncə qurulmuşdur. 

Bu gün həyata kecirilən islahatlar:

1.dövlət institutlarının fəaliyyətinin səmərəliyinin artırılmasına,

2.məmur-vətəndaş münasibətlərinin demokratik cəmiyyətin tələblərinə uyğunlaşmasına,

3.kiçik və orta biznesin inkişafı üçün şəraitin yaradılmasına

4.orta təbəqinin formalaşmasını təmin edən iqtisadi təməlin güclənməsinə

5.inkişafa manecilik törədən korrupsiya hallarına qarşı mübarizənin güclənməsinə, şəffaflığın artırlmasına,

6.resurs-yönümlü iqtisadiyyatdan innovasiyon və şaxaləndirilmiş iqtisadi modelə keçidin təmin olunmasına,

7.geyri neft sektorunun iqtisadiyyata təsir gücünün köklü şəkildə artımasına, 

8.birbaşa xarici sərmayələrin və xarici sərmayəçilərin Azərbaycana cəlb edilməsinə,

9.dövlət-biznes münasibətlərinin inkişaf etmiş dövlətlərinin standartlarına tam uyğunlaşdırılmasına,

10. iqtisadi disproposiyaların ləğvinə,

11. idarəetmənin daha da cevik və səmərəli olmasına, dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılmasına,

12.zəka axının qarşısının alınmasına, 

13. dövlət idarəcilik strukturlarına gənc intellektualların cəlb olunmasına,

14. yeni məmur sinifinin formalaşdırılmasına 

15.vətəndaş cəmiyyətinin rolunun artmasına yönəlmişdir. 

Azərbaycanda islahatlar kursunun modelini müəyyən etməyə calışsaq, bu mərhələli, tədrici-təkamül, davamlılıq və milli spesifikanın nəzərə alınması ilə reallaşdırılan effektiv modeldir. Azərbaycan cəmiyyəti köklü, sosial-iqtisadi, mədəni dəyişikliklərin yaşanması ərəfəsindədir. Dəyişən vətəndaş və onun yeniləşən düşüncə tərzi bu islahatların uğurunu təmin edəcək.




Ana səhifəyə qayıt        Baxış: 641          Tarix: 21-11-2019, 21:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent