Xəbər lenti
Dünən, 12:59

 

İsrailin Azərbaycandakı səfirliyi məhkəməyə verilib. Məhkəmədə iddia qaldıran isə səfirliyin keçmiş işçisi Qəzənfər Atayevdir.

Səfirliyin sürücüsü olmuş Qəzənfər Atayev işdən çıxarılandan sonra məhkəməyə üz tutub. O, işdən çıxarılması barədə əmrin qanunsuz hesab edilib ləğv olunaraq işə bərpa edilməsini, əmrə görə səfirin məsuliyyətə cəlb olunmasını, işsiz qaldığı müddətə görə isə əməkhaqqısının hesablanıb ödənilməsini tələb edib.

Yasamal rayon Məhkəməsi iddianı yolverilməz hesab edib, iddiaya baxmaqdan imtina edilib. Bu qərardan verilən apellyasiya şikayəti təmin edilib – iddianın mümkünsüz sayılması barədə qərardad ləğv edilib. Qərar verilib ki, Yasamal rayon Məhkəməsi bu iddiaya baxmalıdır. Yasamal rayon Məhkəməsi ikinci dəfə iddiaya baxıb, bu işə xitam verib. Qəzənfər Atayevə də izah olunub ki, səfirliyin və səfirin toxunulmazlıq immuniteti var. Diplomatik missiyanın üzvləri, o cümlədən səfir mülki məhkəmə məsuliyyətindən azaddır. Ona görə də səfirə qarşı mülki qaydada qaldırılmış işə məhkəmə baxa bilməz.

Qəzənfər Atayev iddiasına baxılmasını istəyirsə, bunun üçün ilk növbədə səfirliyin immunitetinin ləğvi üçün İsrail dövlətinə müraciət etməlidir.

Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. \\Bizimyol.info




Ana səhifəyə qayıt        Baxış: 78          Tarix: 9-10-2019, 22:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent