Xəbər lenti
7-12-2019, 12:07

 

Hacıqabul rayonunun yeni icra başçısı Rüstəm Xəlilov 2005-ci ildən deputat kimi ictimai-siyasi seqmentdə görünməyə başlayıb. Ola bilər ki, bundan əvvəl də o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi ictimia-siyasi mühitdə olub. Lakin fəal olmadığına görə tanınmayıb. 

O, deputat kimi də populyar olmayıb. “Şöhrət” ordenli Rüstəm Xəlilov bir neçə il əvvəl Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında atasına heykəl qoydurması ilə gündəmə gəlib. Onun bu addımı sosial şəbəkələrdə sərt tənqid olunub. 

Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, kənd sakinləri mühüm günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir.

Rüstəm Xəlilovun isə iddialara cavabı belə olub: “Birincisi, o heykəl deyil, büstdür. Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub. Sovet İttifaqı dövründə öz zəhməti və bacarığı hesabına xeyli sayda mükafat alıb. Ulu öndər Heydər Əliyev 7 dəfə bizim kəndimizdə olub, atamla xatirə fotoları var və sairə. İndi hansısa bir adam atam haqqında ağılına gələn cəfəng fikirlər səsləndirir”. \\Yenisabah




Ana səhifəyə qayıt        Baxış: 94          Tarix: 4-12-2019, 20:29      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar