Xəbər lenti
7-12-2019, 12:07

 

“Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, ”Stop İslam!" deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik".

 “Yeni Müsavat” yada salır ki, bu fikirləri prezident İlham Əliyev BDU-nun 100 illiyi ilə bağlı tədbirdə səsləndirmişdi.

Ölkə başçısı ifadələrində heç də Avropa ilə siyasi və iqtisadi əməkdaşlığı nəzərdə tutmurdu. Söhbət Qərb cəmiyyətində qəbul edilmiş və bizə yad görünən mental qaydalardan, qeyri-ənənəvi cərəyanlar və tendensiyalardan, avropalıların sosial həyatından gedir. Prezident Azərbaycanın bir Şərq və müsəlman ölkəsi olduğuna, bu regionun öz mədəni dəyərlərinə malik olmasına işarə vururdu.

Yəni biz avropalıların həyat tərzini yaşamırıq, öz yazılmamış əxlaq qanunlarımız, mental adətlərimiz, İslama söykənən baxışlarımız, bir fransız, yaxud ingilis ailələrindən seçilən ailə institutumuz var. Həmçinin homoseksuallığın inkişafı, həmcinslərin evliliyi, islamfobiyanın kampaniyaya çevrilməsi hallarının yolverilməzliyinə diqqət çəkirdi və Azərbaycanın Avropaya bu mənada inteqrasiya etməyəcəyini söyləyirdi.

Başqa sözlə, biz nə Qərbin təhsil və texnologiya yeniliklərindən və siyasi-iqtisadi proqramlarından imtina edirik, nə də demokratiyaya və insan haqlarına münasibətdən danışmırıq. Necə ki, klassiklərimizdən Mirzə Fətəli Axundov “Müsyö Jordan həkimi-nəbatət və Dərviş Məstəli şah cadükani-müşkin” pyesində avropalılar haqda yazırdı: “Bizlərdə çox arvad almaq dəbdi, onlarda çox kişi almaq”.

Doğurdan da, Azərbaycan mədəni inteqrasiyada Avropaya doğru istiqamət almalıdırmı? Xalq artisti Rasim Balayev “Yeni Müsavat”a bildirdi ki, dövlət başçısının fikirləri həqiqətdir. Onun sözlərinə görə, dünyada elə qeyri-ənənəvi meyllər əmələ gəlib ki, normal insan ağlı bunu qəbul edə bilməz: “Prezident düz deyir də... Dünyanın axırıdır ki, kişi kişi ilə toy edir. Mən Quranı oxumuşam, axirətin əməlləri orada sadalanıb. Belə hərəkətlər bizə yaddır. Biz onu niyə nümunə etməliyik?”

R.Balayev bu “dəyər”lərin təbliğinin əleyhinədir və efirə çıxan bəzi adamların qarşısının alınmasını vacib sayır: “Şübhəli adamlar efirə çıxırlar. Televiziya rəhbərləri bunun qabağını almalıdır. Hər şeyin öz həddi var. Bir millət kimi öz xasiyyətimiz, ənənələrimiz var. Allah məsləhət bilsəydi, elə hamını, bizi də ingilis, rus yaradardı. Hər xalqın öz əxlaq normaları, yaşayış tərzi var. Azərbaycan xalqının öz adət-ənənələri var. Bizim öz ailə dəyərlərimiz avropalılardan fərqlidir. Bizdə ailədə kişinin fikri əsasdır. Bu da olmayanda ailədə başqa problemlər meydana çıxır”.




Ana səhifəyə qayıt        Baxış: 510          Tarix: 1-12-2019, 08:27      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent