Xəbər lenti
7-12-2019, 12:07
6-12-2019, 21:03

 

İranlı rəsmilərin son etirazlarla bağlı gülünc bəyanatlarının davamında bu dəfə Bəsic komandanının əməliyyat işləri üzrə müavini Salar Abnuş oxşar bəyanatla çıxış edib.

 

Həmədanda çıxış edən Abnuş etirazların yatırılmasını "möcüzə" adlandırıb.

 

“Son etirazlar İran İslam Respublikasına qarşı bir anlıq bütün ölkəni bürüyən geniş miqyaslı dünya müharibəsi idi. Bizi bu müharibədən yalnız Allah qorudu”, - deyə Bəsic komandanının müavini əlavə edib.

 

O da etirazları “xarici qüvvələr”lə bağlayıb və bildirib ki, bu istiqamətdə həmin qüvvələrlə “koordinasiya üzrə hərəkət edənlərin etirafları” alındıqdan sonra cəmiyyətə əlavə məlumatlar veriləcək.

 

Salar Abnuş etirazçıların Amerika, İsrail və Səudiyyə Ərəbistanı kimi “şeytanlar ittifaqı” ilə əlaqələrinin olduğunu deyib. O, sözügedən “ittifaq”la və onların İranın daxilinə bu qədər geniş formada sızmaları ilə bağlı sübut və ya açıqlama təqdim etməyib, amma “koordinasiya və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ətraflı informasiyalar topladıqlarını” iddia edib.

 

Salar Abnuşun xalq etirazlarının böyük olduğunu etiraf etməsinə baxmayaraq, bir neçə gün öncə prezident Həsən Ruhani etirazçıların sayının çox az olduğunu iddia etmişdi.

 

Bəsic rəsmisi həmçinin etirazlar zamanı ölkə ərazisində internetin kəsilməsinin “fitnəkarların təşkilatlanmasına böyük zərbə vurduğunu” deyib.

 

O, sonda “dini lider” Əli Xamneyinin “fitnəkarların planlarını məhv etmək üçün” benzinin qiymətinin qaldırılmasına dəstək nümayiş etdirdiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 49          Tarix: 22-11-2019, 22:02      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent