Xəbər lenti
Bu gün, 12:07

Rusiyanın “Regnum” portalı iddia edib ki, İran və Gürüstanda yaranmış vəziyyət Azərbaycanı Qarabağa Rusiya sülhməralılarının yerləşdirilməsinə icazə verməyə məcbur edəcək. Bu, münaqişənin Madrid prinsipləri əsasında həllini mümkünsüz edir.
Muxalifet.az-ın "İstiPress" saytına istinadla verdiyi məlumata görə, portalın şərhçisi Stanislav Tarasov məqaləsində bunu belə izah edir: “Azərbaycan üçün Gürcüstan enerji daşıyıcılarını dünya bazarlarına çıxarmaq üçün yeganə nəqliyyat dəhlizidir, başqa nəqliyyat kommunikasiyalarından isə heç danışmağa dəyməz. Bu dəhlizin təhlükəsizliyini kim qoruyacaq, bu dəhliz olacaqmı ümumiyyətlə?”.


Yəni Azərbaycanda böyüsə də ermənipərəstliyi ilə tanınan Tarasov iddia edir ki, Gürcüstanda və İranda vəziyyətin pisləşməsindən sonra Azərbaycan öz neft və qazını Avropa bazarlarına çıxara bilməyəcək, buna görə də Rusiyanın istənilən tələbinə, o cümlədən Qarabağa öz ordusunu yeritmək istəyinə boyun əyməli olacaq.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qeyd edək ki, Rusiya ordusunun Qarabağ yeridilməsi məsələsi zaman-zaman ermənilər və ermənipərəst Rusiya siyasətçiləri tərəfindən gündəmə gətirilir. Onların fikrincə, bu, Azərbaycanın Qarabağda öz ərazi bütölüyünü təmin etmək üçün antiterror əməliyyatı keçirməsini qeyri-mümkünsüz edə bilər. Yəni Azərbaycan üçün həddindən əlverişsiz perspektvdir və hətta münaqişənin Madrid prinsipləri əsasında həllini mümkünsüz edir.

Tofiq Abbasov – politoloq
Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində Tarasovun bu açıqlamasını ekspert oyunbazlığı adlandırıb: «Tarasov belə sensasiyalı açıqlamaları hərdən bir verir. Adətən, ekspertlər belə sensasiyalı açıqlamalar verərək gündəmə yeni mövzular gətirirlər ki,  müzakirə olunsun. Əslində, isə belə bir məsələ yoxdur və Azərbaycan istənilən halda, buna razılıq verməz».
Tofiq Abbasovun sözlərinə görə, Azərbaycan hazırda regionda söz sahibidir və heç bir regional güc, o cümlədən Rusiya Azərbaycanın icazəsi olmadan onun ərazisinə qoşun yeridə bilməz: “Biz işğal altında olan torpaqlarımızda prosesləri diqqətlə izləyirik və hadisələrin inkişafında ciddi təhlükə görsək, dərhal müdaxilə edəcəyik. Sadəcə, Azərbaycan münaqişənin həlli üzrə beynəlxalq vasitəçilərin həmsədrlik etdiyi danışıqlar prosesinə hörmətlə yanaşır. Amma ciddi təhlükə olarsa, təbii ki, Azərbaycan öz ərazi bütövlüyünün hərbi yolla bərpasına qərar verəcək”.




Ana səhifəyə qayıt        Baxış: 68          Tarix: 22-11-2019, 14:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent