Xəbər lenti
Dünən, 12:07
6-12-2019, 21:03

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında “Milli Şura”nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı təxirə salmasına münasibət bildirib. BAXCP sədrinin açıqlamasını təqdim edirik:
“Bildiyiniz kimi 19 oktyabr aksiyası ərəfəsində mən onları razılaşdırılmamış aksiyadan çəkinməyə çağırmışdım və demişdim ki, bu ona gətirib çıxaracaq ki, elan etdiyiniz payız kampaniyası başlamamış həmin aksiya ilə də başa çatacaq. Bəyan etmişdik ki, insanları hansısa mafoz qüvvələrin və ermənipərəst xarici dairələrin sifarişi ilə mərhumiyyətlərlə üz-üzə qoymayın. Cəmiyyətdə dəyişiklik istəyən fəal vətəndaşlarımız arasında ruh düşkünlüyü yaratmayın. Amma mənim və mənimlə eyni mövqedə olan insanların mövqelərini nəzərə almadılar. Təəssüf ki, hər şey mənim dediyim kimi baş verdi. Çoxlu insanlar, təşkilatçılar da daxil, bu aksiyadan əziyyət çəkdi, xarici bədxahlarımıza ölkəmizin nüfuzuna zərər yetirmək üçün bəhanələr verildi və bəzi insanlarımızda ümidsizlik yaradıldı.
Mitinqin təxirə salınmasına gəldikdə isə, onu da söyləmişdim ki, onlar bu yolla Prezidenti qorxuda bilməyəcəklər. Hesab edirəm ki, Baş Prokurorluğun və DİN-in vaxtında verilmiş son açıqlaması ciddi şəkildə bu qərarın verilməsində rol oynadı. Başa düşdülər ki, mənasız işlə məşğuldular və sifarişçilərlə birlikdə ciddi cəzalandırılacaqlar.
Amma hər bir halda, qorxudan qəbul olunsa belə son qərarı müsbət qiymətləndirirəm. Bir daha “Milli Şura”nı dəstəkləyən insanları kimin arxasınca getdikləri barədə ciddi-ciddi düşünməyə çağırıram. Dəfələrlə söyləmişəm ki, bu adamların arxasınca getsəniz, böyük xəyal qırıqlığına uğrayıb  məyus olacaqsınız.
Mən bu gün “Milli Şura” rəhbərliyinə bir daha müraciət edirəm ki, dəyişiklik istəyən, siyasətdən çox da baş çıxarmayan insanlarımızın vətənpərvərliyindən namərdcəsinə sui-istifadə etməyin, xalqımızın inkişaf səviyyəsini nəzərə alın, öz mövqe və strategiyanıza bir də baxın. Başqalarının azadlığından danışdığınız bir vaxtda özünüzün mafioz və xarici qüvvələrdən asılılığına son qoymağa çalışın”



Ana səhifəyə qayıt        Baxış: 92          Tarix: 1-11-2019, 11:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent