Xəbər lenti
Dünən, 12:59

 

Qonşu dövlətlərin zaman-zaman Dağlıq Qarabağ məsələsində və Ermənistana münasibətdə tutduğu mövqelər  Azərbaycana ciddi mənada narahat edir.

Belə ki, yalnız qardaş Türkiyə Dağlıq Qarabağ münaqişəsində ölkəmizə tam dəstəyini nümayiş etdirərək Ermənistanla bütün siyasi, iqtisadi və diplomatik əlaqələri kəsib, sərhədi onların üzünə bağlayaraq, Ermənistanı böyük mənada təcrid edib. Azərbaycan və Türkiyənin birgə sərgilədiyi bu siyasət və Ermənistana qoyulan sanksiyalar düşmən ölkəni iqtisadi baxımdan sıxışdıraraq çətin vəziyyətə salsa da, cənub qonşumuz İran işğalçılara nəfəslik açaraq siyasi və hərbi maraqlarımıza zərbə vurur. Son illər dəfələrlə işğalçı dövlətin rəhbərləri ilə İran rəsmilərinin əl sıxışması, qucaqlaşması, bir-birinə iqtisadi və enerji sahəsində dəstək verməsi halları artıb.  30 milyondan çox həmyerlimizin yaşadığı və dini bir qonşumuz olan İranın bu mövqeyi Azərbaycanı narahat etməyə bilməz.

Ötən həftə də Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədə keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında iştirak üçün gəlmiş İran prezidenti Həsən Ruhani ilə görüşüb.  Hətta Ermənistanın baş naziri Nikol Paşinyan İrana Qarabağ məsələsindəki “ölçülü-biçili” mövqeyinə görə təşəkkür edib. Ermənistan baş naziri onu da deyib ki, İrəvan Tehranla münasibətlərinin imkan daxilində geosiyasi təsirlərdən kənarda qalmasını istəyir. Bu, Həsən Ruhaninin Ermənistana ölkədə baş vermiş “məxməri inqilabdan” sonra ilk səfəridir. İran prezidenti isə görüşdə deyib ki, biz dost və qonşu Ermənistanla bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi və genişləndirilməsinə tərəfdarıq: “Biz sizin hökumətinizlə yeni proqramların işlənməsi və reallaşdırılması, qaz-elektrik enerjisi mübadiləsi proqramının genişləndirilməsinə tərəfdarıq”.

Ruhani əlavə edib ki, İran Ermənistana qaz enerjisinin elektrik enerjisinə çevrilməsində, külək və günəş enerjisindən istifadə proqramlarında dəstək verə bilər.

İran prezidenti bunu da qeyd edib ki, onun ölkəsi Ermənistanla nəqliyyat infrastrukturlarının yaradılması sahəsində əməkdaşlığa hazırdır. Tərəflər habelə dəmir yolu, yüksək texnologiyalar, gömrük, elm və turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həsən Ruhani deyib ki, baş nazir Paşinyanın İrana səfərindən sonra iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: “İran bilir ki, Ermənistan kasıb dövlətdir, onunla icra edəcəyi heç bir layihədən fayda götürə bilməyəcək”

Mövzuya münasibət bildirən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, İranla Ermənistan arasında danışıqlar getsə də, reallıqda bu iki ölkənin heç bir birgə regional layihəsi yoxdur: “Üç  dövlətin Azərbaycan torpaqlarının işğalı məsələsinə görə Ermənistanla diplomatik münasibəti yoxdur - Türkiyə , Pakistan və Səudiyyə Ərəbistanı. Biz istərdik ki, İran da eyni mövqedən çıxış etsin. Ancaq İran bir qədər fərqli siyasət yürüdür və düşünür ki, Ermənistan onunla qonşudursa, normal münasibətlər olmalıdır. Halbuki həmin Ermənistan müsəlmanların torpaqlarını işğal edib, insanları yurdundan qovub, məscidləri dağıdıb. Çox təəssüf ki, İran tərəfdən bu məqama da ciddi bir reaksiya görmürük. İran prezidenti Həsən Ruhaninin Ermənistan səfərinə gəlincə, orada nə qədər regional əməkdaşlıqdan danışsalar da ortada  heç bir real nəticə yoxdur. İran bilir ki, Ermənistan kasıb dövlətdir, onunla icra edəcəyi heç bir layihədən fayda götürə bilməyəcək. Ona görə də əsas regional layihələri Azərbaycanla etməyə, ölkəmizlə iqtisadi əlaqələri genişləndirməyə çalışır”.

Ekspertin sözlərinə görə, bizim siyasi mənada istəyimiz odur ki, İranın Ermənistana münasibəti dəyişsin, Ermənistandan tələb etsin ki, Dağlıq Qarabağ məsələsi həll olunsun, işğala son qoyulsun: “Biz İran hökumətindən bunu eşitmək istəyirik. Ancaq bunu eşitmirik. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, əməldə bunu görə bilmirik. Ən azı onu deməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar ilkin mərhələdə boşaldılmalıdır. Çünki bu sözləri Azərbaycana dost olan dövlətlərin liderləri deyirlər. Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə bunu deyirlər. Eyni sözləri İran rəsmiləri də deməlidir.

Paşinyan Ruhani ile ilgili görsel sonucu

Çox güman İran rəsmiləri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın bölgədə güclənməsi İran üçün müəyyən problemlərə yol aça bilər. İranda yaşayan azərbaycanlılar fəallaşa bilər. Ancaq Azərbaycan İranın daxili işlərinə qarışmır. Biz İranın parçalanmamasını, normal münasibətlərimizin davam etməsini istəyirik. Ancaq İranda bəziləri bunu yanlış anlayır. Hesab edirlər ki, Ermənistanla dostluq etməklə, sərhədi açıq saxlamaqla  Azərbaycana problem yaratmış olurlar. Halbuki bu kökündən yanlış siyasətdir”.

Natiq Cəfərli: ile ilgili görsel sonucu

Natiq Cəfərli: “Azərbaycanın müstəqil və uğurlu bir dövlət olması təbii ki, İranın müəyyən siyasi dairələrində o qədər xoş qarşılanmır”

İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, burada tarixi, siyasi və iqtisadi məsələləri bir-birindən ayırmaq lazımdır: “Çünki tarixi baxımdan İranın  ölkəmizə  münasibəti və Azərbaycanın müstəqilliyini sona qədər həzm etdiyini demək çətindir. Azərbaycanın müstəqil və uğurlu bir dövlət olması təbii ki, İranın müəyyən siyasi dairələrində o qədər  də xoş qarşılanmır. Bunun siyasi səbəbləri və tarixi kökləri var. İqtisadi məsələlərə gəlincə, Azərbaycanın İranla kifayət qədər ciddi iqtisadi əlaqələri var, illik ticarət dövriyyəsinin sürətlə artdığını görürük. Bu il hətta 1 milyard dollara çatacağı gözlənilir. Böyük layihələr də həyata keçirilir. Həm enerji sahəsində, həm də Cənub-Şimal dəmir yolu dəhlizinin tikintisində Azərbaycan əsas  donordur. İrana 500 milyon dollara yaxın investisiya qoymağı Azərbaycan öz üzərinə götürüb. Burada da Azərbaycan kifayət qədər səmimi  şəkildə İranla əməkdaşlığa can atır”.

İqtisadçının sözlərinə görə, Ermənistan bazarının həcmini və əhali sayını nəzərə alsaq, onların İranla ticarət dövriyyələri kifayət qədər azdır: “Həm də İran kimi bir dövlətin ümumi ticarət dövriyyəsində payı çox aşağıdır. Eləcə də ümumilikdə, potensial olaraq İranın Ermənistandan qazancları Azərbaycanla müqayisədə o qədər də çox deyil. Ona görə də bu məsələlərə geosiyasi prizmadan baxmaq lazımdır. İranın Ermənistanla yaxınlaşması əslində iqtisadi dividentlər qazanmaqdan daha çox Azərbaycanla bağlı İranın siyasi dairələrində olan münasibətin siyasi təzahürü kimi baxmaq lazımdır. Çünki Azərbaycanla iqtisadi və siyasi münasibətlərin yaxşı olması İrana daha çox divident gətirir. Ermənistanla bağlı bunu söyləmək mümkün deyil. Deməli, burada iqtisadi məsələlərdən daha çox siyasi maraqlar önə çıxır”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 85          Tarix: 9-10-2019, 00:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent