Xəbər lenti
Bu gün, 12:07

 

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru Məhərrəmov Malik İbad oğlu “AzPolitika.info” saytı vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Cənab nazir, bir neçə saat əvvəl Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tərəfindən təhdid olunduğuma görə Sizə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldım.

Məruzə edərək bildirirəm ki, mən 2008-ci il tarixdən Daxili İşlər Orqanlarında – Şəmkir RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru vəzifəsində işləyirəm. 28.07.2019-cu il tarixdə Şəmkir RPŞ-nın rəisi, polis polkovniki Elnur Həsənov tərəfindən heç bir qanuni əsas olmadan, onun müəyyən qanunsuz tələblərini yerinə yetirmədiyimə görə (Uzun illər sıralarında olduğum Daxili İşlər Orqanlarının nüfuzuna xələl gətirməmək üçün təfərrüatı burda yazmıram) daxili sərəncama götürülmüşəm. 02.08.2019-cu il tarixdə Sizə yazdığım raportdan sonra Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində başlayan araşdırma zamanı işdən çıxarılmağımın qanunsuz və qərəzli olduğunu sənədlərlə sübut etməyimə baxmayaraq, idarənin rəisi, general-mayor Sahib Mirzəyev ilk gündən ortada təkzibolunmaz sübutlar olmasına əhəmiyyət vermədən mənim şikayətimə obyektiv yanaşmamış, cinayət xarakterli bu sübutları görməzlikdən gələrək polkovnik Elnur Həsənovun tərəfini tutmuşdur.

sahib

Bir aydan artıq davam edən araşdırma zamanı mənim və ümumilikdə polis rəisinin təqibinə məruz qalan, onun qanunsuz tələblərilə üzləşən 50-dən yuxarı polis əməkdaşının şikayətinə obyektiv qiymət verilmədiyindən rayonumuzun hörmətli ağsaqqalları, təqaüddə olan keçmiş polis işçiləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlayaraq, Elnur Həsənovun qanunsuz əməllərini sadaladılar və onun cəzalandırılmasını xahiş etdilər. Bundan qəzəblənən general-mayor Sahib Mirzəyev bu gün məni qəbuluna çağıraraq, həbslə təhdid etdi. Eyni zamanda Prezidentə və Mehriban xanıma şikayət edən ağsaqqalların, keçmiş polis işçilərinin “başına oyun açacağını” da bildirdi. S.Mirzəyev şikayətimin obyektiv araşdırılması, ortaya qoyduğum cinayət xarakterli sübutlara hüquqi qiymət verilməsi əvəzinə mənim yanımda şikayətçi olduğum polkovnik Elnur Həsənova zəng vuraraq, “o yanımdadır, başına oyun açacağam. Ordan 3-4 nəfər tap bunun üzünə qoy, həbs edək” deyə məni bir daha təhdid etməklə, şikayətimə obyektiv qiymət vermək iqtidarında olmadığını açıq nümayiş etdirdi.

Cənab nazir, bunları nəzərə alaraq, məni qəbul etməyinizi və dinləməyinizi xahiş edirəm”.

“AzPolitika”

20190910_151343_resized

 




Ana səhifəyə qayıt        Baxış: 61          Tarix: 10-09-2019, 19:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent