Xəbər lenti
Dünən, 12:59

 

ADA Universitetində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunan mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov olimpiadanın Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, nüfuzlu beynəlxalq yarışda ölkəni indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını da jurnalistlərin diqqətinə çatdırıb.

C.Bayramov əlavə edib ki, Azərbaycan komandası 4 şagirddən ibarətdir: "Komandamızın yüksək səviyyədə hazırlığı məqsədi ilə təlim-məşq keçirilib.

ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafiz Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib.

O bildirilib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib.

Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. O qeyd edib ki, olimpiadadan sonra ADA Universitetinə və Təhsil Nazirliyinə 450 ədəd noutbuk hədiyyə edəcək.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.




Ana səhifəyə qayıt        Baxış: 96          Tarix: 5-08-2019, 12:43      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent