Xəbər lenti
Bu gün, 12:07

 

Sabirabadda  iki nəfər qarayaraya yoluxub, onlardan biri 2 gün əvvəl ölüb. (Ölən şəxsin kimliyi virtualaz.org-a məlumdur,-red.)

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-unsorğusuna cavabında bildirib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yüksək hərarətlə iki xəstə gətirilib. “Hər ikisinin hərarəti yüksək olub, amma soyuqdəymə olması ehtimalı ilə həkimə müraciət etməyiblər. Yalnız vəziyyətləri ağırlaşandan sonra xəstəxanaya müraciət ediblər”,-P.Abubəkirov bildirib.

Xəstəxananın infeksion şöbəsinə yerləşdirilən xəstələrə ilkin diaqnoz kimi “qarayara şübhəsi” qoyulub. Şöbənin müdiri Fazil Əliyevin tapşırığı ilə xəstələrdən nümunələr götürülərək İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərilib. Taun Əleyhinə Stansiyanın mütəxəssisləri qarayara diaqnozunu təstiqləyiblər.

“Bundan sonra yaxınlarının təkidi ilə xəstələr Bakıya, Klinik Tibbi Mərkəzə gətirilib”,-P.Abubəkirov əlavə edib.

İyul ayının 25-i xəstələr ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. İyulun 29-da 60 yaşlı kişi ölüb. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. P.Abubəkirov qeyd edib ki, xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hazırda ikinci xəstənin müalicəsi davam edir.

Qeyd edək ki, qarayara insandan insana keçmir, xəstə heyvanın emalı zamanı yoluxur. Rəsmi statistikaya görə, 2014-cü ildə 10, 2015-ci ildə 9, 2016-cı ildə 10, 2017-ci ildə 6, 2018-ci ildə 9, bu il isə 7 nəfər qarayaraya yoluxub. 2014-cü ildən indiyədək ölüm qeydə alınmamışdı.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli isə bildirib ki, məlumat daxil olan kimi dərhal yerində araşdırma aparılıb və heyvanlar arasında qarayaraya yoluxma qeydə alınmayıb: “Onlar heyvandarlıq təsərrüfatı ilə məşğul olmayıblar. Heyvanlar arasında qarayaraya yoluxma qeydə alınmayıb”.

Xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır. Qarayara xəstəliyindən ölən heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən ölən heyvanların bütün təbii dəlikləri (ağız, burun) tamponlanaraq, 2 metr dərinliyində çuxura atılır və üzərinə dezinfeksiyaedici maddə (əhəng və.s) tökülür, sonra torpaqlanır.

Sabirabaddakı mənbələrdən dəqiqləşdirdik ki, qarayara xəstəliyindən öldüyü bildirilən şəxs motosikleti ilə yerli qəssablara ət daşıyırmış, ehtimal ki, virusa da bu yolla yoluxub.

Ü.Xudiyeva

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 111          Tarix: 31-07-2019, 17:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent