Xəbər lenti
Bu gün, 12:07

 

“Son zamanlar istər sosial media, istər elektron və ya normal məktub vasitəsi ilə, hətta dostlardan belə mənə narazılıq mesajları gəlir. Nəymiş, kiməsə kömək etdim, kiməsə yox. Əzizlərim, mən sizin hamınıza kömək edə bilmərəm. Sizə Allah kömək olsun!”.

Bunu “Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov deyib. O, bildirib ki, rəhbərlik etdiyi qurum özəl bir şirkətdir:

“Düzdür, qazandığım ruzunu Uca Allah veribsə, əlbət ki, hamınızın haqqı var bir şeylər tələb etməyə. Amma mən bir şeyi anlamıram ki, niyə öz haqqınızı dövlət məmurlarından deyil də, məndən çox sərt şəkildə tələb edirsiniz?

İçim ağrayır oxuduqca sizin çarəsiz mesajlarınızı… Siz Azərbaycan vətəndaşısınız və müstəqil ölkədə yaşayırsız. Hər biriniz öz haqqınızı tələb edə bilərsiniz. İnsan oğlu həyata bir dəfə gəlir. 2 dəfə gələcək deyə şansı yoxdur. Allah o həyatı sizə əmanət olaraq verir. Əmanət olaraq verir ki, xor istifadə etmə, haqq yemə, haqqını qoru.

Siz öz haqq və hüquqlarınızı bilsəniz, bundan dövlət qazanar, ölkə qazanar, Siz qazanarsız, sadəcə rüşvətxor və etdiyi oğurluqlar cəzasız qalan məmurlar itirər. Siz başınızı aşağı dikdiyiniz üçün bu məmurlar kimi övladları da intellektləri ilə deyil, harınlıqları ilə meydan oxuyurlar hər kəsə. Onun üçün hər birimiz hüququmuzu bilməli və tələbimizi də düzgün istiqamətə yönləndirməliyik. Unutmayaq ki, cəzasızlıq cinayətlərin anasıdır. Hər cəzasız suç da özündən daha betərinin xəbərçisidir. Azərbaycanı seviriksə, öncəliklə, cinayətlərin cəzasız qalmamasına çalışmalıyıq”.

"Aztoday"



Ana səhifəyə qayıt        Baxış: 254          Tarix: 28-07-2019, 18:44      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent