Xəbər lenti
7-12-2019, 12:07

  

İran yanacaq üsyanlarından qəddini düzəltməmiş Azərbaycana qarşı ideoloji savaşa başlayıb.

Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, artıq bir neçə gündür qonşu dövlətin bir çox şəhərlərində Nardaran hadisələrinin 4-cü ildönümü qeyd olunur.

Xüsusilə Cənubi Azərbaycan bölgələrində İran ideoloqları müxtəlif toplantılar keçirərək Azərbaycan hakimiyyəti ilə yanaşı dövlətçilik prinsiplərimizə qarşı hücuma keçiblər. Maraqlıdır ki, ötən illərdən fərqli olaraq, İranın Nardaran hadisələri bəhanəsilə Azərbaycana hücumları bu il rəsmi və yarırəsmi mətbu orqanlarda geniş şəkildə işıqlandırılıb. Görünür, rəsmi Tehran hakimiyyətin üzünə ağ olanların təkcə İranda deyil, dünyanın bir çox ölkələrində də sərt cəzalandırıldıqlarını öz vətəndaşlarına sübut etməyə çalışır. Halbuki Nardaran hadisələri ilə İrandakı yanacaq üsyanlarının yatırılma cəhdinin müqayisəsi yersizdir. Nədən ki, Nardaran hadisələrində lokal bir gərginliyə müdaxilədən söhbət gedirdisə, yanacaq üsyanları İranın 100-dən artıq şəhərinə yayılmışdı. Nardaranda polis müdaxiləsi nəticəsində 4 nəfər dünyasını dəyişmişdisə, yanacaq üsyanlarında şəhid sayının 100-ü keçdiyi məlumdur. Nardaran hadisələrində bir neçə aksiya iştirakçısı həbs olunmuşdusa, yanacaq üsyanlarında tutulan etirazçı sayı minlərlə ölçülür. Üstəlik, yanacaq üsyanlarının əsas səbəbi sosial problemlərlə əlaqədardırsa, Nardaranda səslənən şüarlarda kontitusion quruluşun dəyişdirilməsi tələbi irəli sürülürdü.

 

Sözsüz ki, bu sözləri deyərkən, 4 il əvvəl Nardaranda baş verən zorakılıq hallarını dəstəkləmək fikrində deyilik. Rəsmi Bakı hadisələrin körüklənməsində bəlkə də xarici missonerlərin rolu olduğunu düşündüyündən sərt müdaxilələrə ehtiyac duymuş ola bilər. Könül istərdi ki, bu hadisələrin qarşısı daha yumşaq formada alınardı. Amma ümumxalq etirazına səbəb olan adi bir sosial tələbi ən amansız metodlarla yatıran rəsmi Tehranın başqa dövlətə bir kəndi sakitləşdirməsini irad tutması qətiyyən səmimi görünmür və öz gözündəki tirdən xəbərsizlərin başqa gözdə tük axtarması həqiqətini xatırladır.

Bəs İranın öz daxilindəki ictimai narazılıqları bu cür metodlarla yatırmağa çalışması nə dərəcədə mümkündür?

 

İqtisadçı ekspert Elçin Qurbanovun fikrincə, daxili gərginlikləri bu kimi metodlarla yatırmaq cəhdi əbəsdir və belə məsələlərlə narazı vətəndaşların başını qatmaq heç bir nəticə verə bilməz: “İstənilən problemin həlli üçün onun yaranma səbəblərini tapıb ortadan qaldırmaq lazımdır. Məlumdur ki, İrandakı yanacaq üsyanları ölkə iqtisadiyyatının dərin böhran keçirməsindən qaynaqlanır. Belə ki, ABŞ-ın ağır sanksiyalarından sonra İranın neft ixracatı 80% azalmış və ölkə büdcəsində ciddi boşluqlar yaranmışdı. Statistik məlumatlara görə, İranın büdcə açığı bu il 30%-ə qədər yüksəlib və maaşlar ödənilə bilməz hala gəlib. Uzun illərdən bəri davam edən ağır inflyasiyalara baxmayaraq, İran enerji qiymətlərini sabit tutmaqla narazılıqların qarşısını alırdı. Sonunda bu siyasətin problemləri həll edə bilmədiyini, əksinə benzin qaçaqmalçılığına şərait yaratdığını, beləcə, yaxın qonşularla rəsmi alış-verişlərin də azaldığını hiss edən rəsmi Tehran məcburən enerji resurslarının qiymətini artırdı.

 

Qiymətlərin artırılmasına sivil hökumətlə yanaşı, teokratik hakimiyyətin birgə qərar verməsi sübut edir ki, bu addım Ruhani iqtidarının deyil, bütövlüklə İran dövlətinin mövqeyidir. Bu isə, İranın iqtisadi durumunun olduqca çətin mərhələdə olmasından xəbər verir. Zənnimcə, bu qədər ağır durum qarşısında qalan İran qonşularının problemləriylə uğraşmaqdansa, öz daxili gərginliyini artıran səbəbləri aradan qaldırsa yaxşıdır. Əks halda, əlindəki olan-qalan vəsaitini  mənasız işlərə xərcləməklə öz çöküşünü tezləşdirə bilər. Üstəlik, onun Nardaran hadisələrilə manipulyasiya etməsi İranda yaşayan azərbaycanlıların da qıcıqlanmasına səbəb olar ki, bu da onun üçün növbəti baş ağrısına çevrilər”.

 

Elçin Qurbanov rəsmi Bakını İrana adekvat cavab verməyə və cənublu soydaşlarımızın milli-mədəni problemlərini KİV-də, xüsusilə telekanallarda daha intensiv şəkildə gündənə gətirməyə çağırdı: “Biz niyə öz soydaşlarımızın milli hüquqlarının bu dərəcədə tapdalanmasına göz yummalıyıq? Axı Azərbaycan müstəqilliyini elan etdiyi gündən beynəlxalq hüquqa görə, İrandakı soydaşlarımızın siyasi statusu etnik azlqıdan milli azlığa çevrilib. Milli azlığın isə milli hüquqlarını tanımaq BMT-də təmsil olunan bütün dövlətlərin beynəlxalq öhdəliyidir. Azərbaycan XİN bu məsələni BMT-də gündəmə gətirməli və İrandakı soydaşlarımızın haqqına sahib çıxmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 365          Tarix: 2-12-2019, 17:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent