Xəbər lenti
7-12-2019, 12:07

  

Bu gün MM-in özünü buraxmasından sonra yaranacaq situasiya bütün partiyaları yeni siyasi strategiyalar hazırlamağa vadar edir və bu suallar maraq doğurur: Müxalif qüvvələr yaranmış fürsətdən nə qədər faydalana biləcəklər, onlar növbədənkənar seçkilərə hazırdırlarmı?

Ovqat.com dünən bəzi partiyaların və siyasi təşkilatların bu barədə mövqeyini işıqlandırmışdı. Onlardan əksəriyyəti yeni seçki ərəfəsində nə edəcəklərinə qərar vermədiklərini açıqlamışdılar. Ölkənin ən radikal və güclü müxalif təşkilatlarından biri Milli Şuranın yetkilisi Gültəkin Hacıbəyli isə hakimiyyət qarşısında şərt qoyduqlarını, bu şərtə əməl olunmayacağı təqdirdə seçkiləri boykot edəcəklərini açıqlamışdı:

 

“Seçki komissiyalarının paritet əsasda - hakimiyyətin, müxalifətin və bitərəf namizədlərin iştirakı ilə təşkil olunması məsələsi ilə bağlı qanunverciliyə dəyişikliklər edilməlidir. İctimai Televiziya və digər resursların üzərindən bərabər təbliğat imkanlarının yaradılması, seçkiləri müşahidə ilə bağlı tələblərimiz irəli sürülüb. Yəni seçki prosesi ilə bağlı konkret tələblərimiz var. Seçkinin demokratikliyinin təmin olunması, eyni zamanda namizədlərin qeydiyyatına yaradılan əngəllərin aradan qaldırılması ilə bağlı konkret tələblər var ki, onlar qanunvericiliyə əlavə edilməlidir. Eyni zamanda sərbəst toplaşma azadlığının təmin olunması da əsas tələblərdən biridir... Bu tələblərimiz yerinə yetiriləcəyi halda, biz demokratik qüvvələrin Milli Şurası olaraq həmin seçkilərdə iştirak edəcəyik. Ancaq əgər bu tələblər yerinə yetirilməyəcəksə, o zaman... təbii ki, Milli Şuranın seçkiləri baykot etməkdən başqa yolu qalmır".

 

Maraqlıdır ki, MŞ-nın bu tələblərinə cavab Bakıdan yox, ABŞ-dan gəlib. Eks-spiker Rəsul Quliyev bu gecə öz facebook səhifəsində paylaşdığı statusunda MŞ-nın bu şərtlərini 25 ildir hər addımbaşı təkrarlanan biabırçı məğlubiyyətin təkrarlanması kimi qiymətləndirib və onu iki mümkün səbəblə izah edib - ya yenidən uduzmağa hazır olduqlarının mesajı, ya da sövdələşmə çağırışı kimi:Bu bəyanatınızla sizlər yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz. Və ya höküməti sövdələşməyə çağırırsınız. İçərinizdə sövdələşmə naminə indiki hökümətin siyasətini alqışlayacaq adamlarınız az deyildir”.

Bəs Rəsul Quliyevi bu qənaətə gətirən nədir? Gəlin, ən yaxşısı, bu suala cavabı onun məlum statusununun sətirləri  arasında axtaraq:

 “İctimai münasibətlərin əcaib formaları ilə məhşurlaşmış Azərbaycanda özlərini Milli Şura adlandıran və gündə bir bəyanatla çıxış edən bir təşkilat da vardır. Bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir. MŞ Azərbaycan xalqını təmsil edir kimi çeynənmiş yalançı şüarları işlətmək lazım deyil. Milli Şura yarananda (2012-2013 -cü illərdə) bu təşkilatı 10-dan çox konkret adı, ofisi olan partiyalar təşkil edirdilər. Bəs indi kimləri və hansı partiyaları təmsil edir bu MŞ? İndi ola bilər; kimlərsə MŞ XC (ölkədə XC-i adı altında 3-4 partiya var, hansını) və ziyalıları təmsil edir iddiasında olsun. MS-nın rəhbərinin hansı XC olduğunu bilirik. Bəs ziyalılar deyəndə kimlər nəzərdə tutulur? Sovet dövründə sovetlərin apardığı siyasətin şərhçisi, H.Əliyev və İ.Əliyev dövründə onlara mədhiyyə yazan, İranın cənubu Azərbaycan bölgəsi ilə əlaqədar 2-ci dünya müharibəsindən sonra tarix yox, nağıl yazan bir adam bütün Azərbaycanın ziyalılarını təmsil edir ,fantaziyasını quraşdıranlar xəcalət çəkməlidirlər. Erkən seçkilərin keçirilməsi ilə əlaqədar bu heç kimi təmsil etməyən təşkilatın son bəyanatının müddəalarını oxuyanda bu insanların hansı səviyyədə reallıqdan uzaq olduqlarını görməmək mümkün deyildir. Demokratiya uğrunda avtoritar rejimlə mübarizə aparmaq istəyən (bu çox ağır işdir) aşağı səviyyəli təşkilat belə çeynənmiş frazalardan ibarət çızma-qara yazmağa tələm-tələsik başlamaz. 25 ildir hər addımbaşı biabırçılıqla məğlub olan (seçkilərin saxtalışdırlmasının qarşısını ala bilməmək onların məğlubiyətidir) bu təşkilatın yenidən 15-20 il bundan öncə qəbul etdikləri bəyanatları təkrarlaması ayıbdır. Bir balaca düşüncə sahibi tələm-tələsik tullanıb ortaya düşməz. Əvvəl proseslərin inkişaf istiqmətlərini hökümətin əhatəsindən öyrənməklə məşğul olar, onun əsasında analiz edər. Hökümətin nə edəcəyi barədə məlumatlar toplanandan sonra real, yəni təsir gücü olan bəyanət verər. Və bu məlumatları toplamaq çox da çətin iş deyil. Bunları düşünənlərin olmadığı bir təşkilat ancaq belə bəyanatlar verə bilər. Bu bəyanatınızla sizlər yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz. Və ya höküməti sövdələşməyə çağırırsınız. İçərinizdə sövdələşmə naminə indiki hökümətin siyasətini alqışlayacaq adamlarınız az deyildir”.




Ana səhifəyə qayıt        Baxış: 896          Tarix: 2-12-2019, 11:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent