Xəbər lenti
7-12-2019, 12:07

 

Biz son 20 ildə bir dəfə yolayırıcında olmuşuq - 2003-cü ili nəzərdə tuturam. Cəmiyyət böyük neft pulları gələnə qədər nəyin bahasına olursa-olsun, Azərbaycanda uzunömürlü və oliqarxik siyasi sistemin qurulmasına imkan verilməməli idi, amma verdi. Səbəblərə girməyəcəm, sadəcə nəticəni xatırladıram. Biz yeni bir yol ayrıcına gəlib çıxmışıq”.

Ovqat.com xəbər verir ki, bu fikirlər iqtisadçı Rövşən Ağayevə məxsusdur.

Özünün facebook səhifəsində paylaşdığı statusunda Azərbaycanın qarşı-qarşıya qaldığı böhrandan 2 çıxış yolu olduğunu bildirən Ağayevin fikrincə, yollardan biri və ən məqbulu demokratik tranformasiyadır: "Ya hakmiyyətin rəqibi olan, aparıcı və cəmiyyətdə dayağa, nüfuza malik bütün siyasi qüvvələr bir araya gəlir, parlamentdə ciddi təmsilçilik qazanır, siyasi hakimiyyəti bu reallıqla barışmağa məcbur edir, ortamüddətli dövrdə demokratik transformasiya və siyasi hakimiyyətin dəyişimi baş verir. Bu, cəmiyyətin uduşlu çıxacağı variantdır.

Ya da hakimiyyət son 26 ildə olduğu kimi nəhəng administrativ resurslar hesabına özünə tam sərfəli olan dəyişikliyi başa çatdırır - həm icra hakimiyyəti sistemində, həm də parlamentdə 26 illik ağır, tərpənməz və yaşlı sütunları daha gənc, bilgili və cəmiyyətə açıq kadrlarla əvəzləyir. Bu, cəmiyyətin böhrandan uduşsuz çıxacağı variantdır. Çünki nəticə etibarı ilə siyasi hakimiyyət yenə də tək əldə qalır, yüksək siyasi mərkəziyyət qorunur, administrativ və maliyyə resurslarının müəyyən hissəsinin hakimiyyətdənkənar qüvvələr arasında paylanması baş vermir".

 Ağayev hesab edir ki, əgər 2-ci variant olacaqsa, siyasi müxalifətin ayaqda qalması üçün bircə yol qalacaq: "Onlar onsuz da maliyyə və administrativ resurslara görə hakimiyyətlə rəqabət aparası vəziyyətdə deyillər. Yeganə yol son dərəcə peşəkar, parlaq və texnokrat kadrları, nüfuzlu siyasi fiqurları özlərinin ətrafında cəmləməklə, növbəti bir yolayrıcına daha güclü gedə bilməkdir. Amma bunun üçün əsas şərt müxalifətin daxilən demokratikləşməsi, tənqidə dözümsüzlüyü və qapalılığı tarixin arxivinə atmasıdır. Müxalifəti düşdüyü qeyri-bərabər vəziyyətdən yalnız həmin kadrlar çıxara biləcək. Həyati bir nümunə deyim: güləşçi və boksçu dalaşırsa, hər kəs özünün üstün olduğu fəndlərdən yararlanacaq. Əgər bunu təmin etmək mümkün olmasa, hakimiyyətin tam 26 ildir arzuladığı reallaşacaq, yəni siyasi səhnədə onun arzulamadığı qüvvələrin son dayaqları da yoxa çıxacaq".

Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 865          Tarix: 1-12-2019, 18:38      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent