Xəbər lenti
7-12-2019, 12:07

 

Məqaləyə ön söz haşiyəsi

Milli Məclislə bağlı suallarımızı cavablandıran sabiq millət vəkili Nazim Bəydəmirli yeni kəşfə imza atıb. Onun fikrincə, Azərbaycanda "saxlama deputatlar" da var imiş. Özü də elə iri məmur varmış ki, onların “saxlama deputatları”nın sayı bir yox, bir neçə imiş.

***

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bir neçə ay bundan əvvəl YAP-ın qərarı ilə MM-in buraxıla biləcəyini istisna etmişdi. Demişdi ki, səhər yuxudan durub “Milli Məclis xoşuma gəlmədi” deyərək, onu buraxmaq olmaz. Maraqlıdır ki, MM məhz YAP Siyasi Şurasının qərarı ilə buraxılır. Bu cür özünü buraxma nə dərəcədə qanuna uyğun idi? Nəzərə alsaq ki MM həm də majoritar yolla formalaşıb, hansısa partiyanın çağırışıyla parlamentin buraxılması beyinlərdə ciddi suallar yaradır. Biz də bu suallara aydınlıq gətirmək üçün biri sabiq və biri indiki 2 deputata müraciət etdik.

 

Ovqat.com-un sualını cavablandıran keçmiş deputat Nazim Bəydəmirlinin fikrincə, majoritar yolla seçilən MM-in YAP-ın çağırışıyla özünü buraxması nə məntiqə, nə də qanuna uyğundür: "Məntiqlə seçici tərəfindən seçilmiş deputat niyə özünü buraxsın ki?! Görünən odur ki, Yeni Azərbaycan Partiyası zamanında majoritar seçki sistemində siyahılar tərtib edərək və inzibati resurslardan faydalanaraq həmin şəxslərə seçicinin iradəsindən kənar mandat verib parlamentə yollayıb. Əks halda, deputatlar partiyanın göstərişi ilə mandatdan imtina etməzdilər”.

“Bəzi yüksək çinli məmurlar özlərinə bir neçə "deputat" saxlayırlar

Bu cür praktikaya son qoymağın vacib olduğunu düşünən Nazim Bəydəmirlinin fikrincə, göstərişlə mandatdan imtina etmək hakimiyyətin legitimliyini şübhə altına alır: “Mən seçkilərdə iştirak etmiş və deputat olmuş şəxs kimi, onu deyə bilərəm ki, proporsional seçki sistemi olmadan müxtəlif namizəd siyahılarının açıqlanması seçkiyə müdaxilədir, inzibati resurslardan istifadədir və bu, seçicinin öz iradəsi ilə səs verməsinə təsir etmək, milli iradəni digər formalarda saxtalaşdırmaq cəhdidir”.

Bu günə qədər Milli Məclisin tərkibinin xeyli mübahisələrə yol açdığını deyən Nazim Bəydəmirli parlametin buraxılmasının vacib olduğunu düşünsə də, bunun daha məqbul yolla həyata keçirilməsini arzulayırmış. Sabiq deputatın fikrincə, YAP-ı təmsil edən deputatlar hakim partiyanın siyasi imicinə kölgə salırdı:

Dəfələrlə sübut olunub ki, həmin deputatlar öz fəaliyyətləri ilə müxtəlif mənada hakimiyyətin imicinə heç də müsbət təsir göstərmir və  gülüş obyektinə çevrilirlər. Təəssüf ki, Azərbaycan reallığında eyni adamlar eyni yerdən dəfələrlə deputat mandatı alırlar və bu deputat mandatının arxasında seçicinin iradəsi yox, qohumbazlıq, regionçuluq, yaltaqlıq, məddahlıq kimi amillər durur. Hətta iddia olunur ki, bəzi yüksək çinli məmurlar özlərinə bir neçə "deputat" saxlayırlar.

Hakimiyyəti növbəti seçkidə xalqdan mandat alan həqiqi deputatlardan çəkinməməyə çağıran həmsöhbətimizə görə, seçicilərin etimadını qazanmış şəxslər, dövlətinə, hakimiyyətin müxtəlif qollarına, o cümlədən prezidentə və yaxud digər seçkili orqanlara qarşı qərəzli ola bilməzlər: “Çünki dövlətçilik deyilən məfhum deputatlardan ciddi məsuliyyət tələb edir".

 

Şəfa Mirzəyevin vaxtilə səsləndirdiyi fikirlərin əslində məntiqli olduğunu düşünən Nazim Bəydəmirli sadəcə Azərbaycan reallığının heç bir sağlam məntiqə sığmadığına inanır: “İstefa verən hər deputatın müxtəlif səbəbləri ola bilər. Amma Əli Əhmədovun mətbuata açıqladığı fikirlər isə, hesab edirəm ki, səmimi  deyildi. YAP deputatları bu qeyri-səmimliklə, hakimiyyətə, şəxsən prezidentin apardığı siyasətə növbəti zərbə vururlar”.

Bəydəmirli hesab edir ki, növbədənkənar parlament seçkisinə ehtiyac yoxdur: "Əgər seçkilər qabağa çəkilirsə, çox ciddi səbəblər olmalıdır və bunun izahatı verilməlidir. Bu izahat indiyə qədər verilməyib və YAP-ın Siyasi Şurasının kofransında səslənən fikirlər heç də cəmiyyət qarşısında birmənalı qarşılanmır. Belə çıxır ki, deputatlar özləri istefaya gedirlər. Biz onu gələcəkdə görəcəyik ki, bu qərarı qəbul edənlərdən hansılar namizəd olacaqlar. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri, hansı ki bu qərarı dəstəkləyiblər və dəstəkləmədikləri haqqında ictimaiyyətə açıqlama verməyiblər, onların heç biri növbəti seçkilərdə namizəd olmamalıdır. Məntiq bunu deyir. Mən bu barədə statusumda yazmışam. Biz ümid edək ki, onlar sonda daha səmimi olacaq və öz namizədliklərini verməyəcəklər”.

Mojaritar yolla formalaşan parlamentdə siyahı ilə “seçilməyin” absurd olduğunu deyən sabiq millət vəkili deyib ki, bu cür təşəbbüslər tarixin arxivinə atmalıdır: “Bu, doğru deyil. Proporsional seçki sistemi olmayan yerdə bu, yanlışdır. Mən arzu eləyərdim ki, referendum keçirilsin və proporsional seçki sistemi tətbiq olunsun, parlament tipli respublikaya keçirilsin. O zaman hər hansı bir partiyanın, istər iqtidar, istər müxalifət, yaxud digər partiyaların normal seçki siyahısını hazırlayıb təqdim etməsi və deputatlığa namizədlərin siyahılarını açıqlamasında haqlı ola bilərlər. Belə  vəziyyətdə biz də irad bildirə bilmərik".

 

 Deputat Fazil Mustafanın fikrincə isə, özünü buraxmadan söhbət getmir: "YAP öz deputatları ilə bağlı qərar qəbul edə və ya bunu tövsiyə şəklində bildirə bilər. Məsələn, deyə bilər ki, islahatları daha çox dəstəkləmək üçün yeni parlament seçkilərinə getməyə ehtiyac var və partiya üzvləri də bu çağırışı dəstəkləyər. Çünki YAP-ın dəstəkləməsinə baxmayaraq, bunlar həm də fərdi qaydada seçilirlər, proporsional seçki sistemi ilə gəlməyiblər. Buna görə də onlar fərdi qaydada qərar verə bilərlər ki, partiyalarının qərarına tabe olurlar, öz mandatlarından imtina edirlər, ya yox. İmtina edəndən sonra say 83-dən aşağı düşürsə, yəni 82 nəfər parlamentdə qalırsa, faktik olaraq parlament qərar və qanun qəbul etmə qabiliyyəti olmadığına görə buraxılır. Çünki qərarlar var ki, ən az 83 səslə qəbul olunmalıdır. Ona görə də adətən 83 səs yetərsay üçün əsas götürülür. Demək 82 nəfər olursa, faktik olaraq parlament  səlahiyyətli deyil, yetərsay yoxdur və parlament buraxılmalıdır. Buna görə hətta prezidentə müraciət etməyə də gərək qalmır. Çünki bu, hüquqi cəhətdən doğru deyil. Onlar parlamentə ərizələrini veriblər. Parlament yığışır, həmin ərizələri təsdiq edir ki, bu istefaya onların özləri də səs verir, istefa ərizəsi qəbul olunur və qəbul olunandan sonra baxılır ki, parlamentin sayı 82-dən aşağıdır. Bu zaman parlament artıq qərar qəbul etmək imkanını itirir. Prezident bu faktı əsas götürərək parlamenti buraxır və nöbvəti seçkilərin vaxtını təyin edir. Ona görə də onların prezidentə müraciət etməsi hüquqi cəhətdən doğru deyil".

 "Maraqlıdır, Milli Məclisdə mandatını geri çəkmək istəməyən, buna  etiraz edən deputatlar varmı" sualına F. Mustafa belə cavab verdi: "O, böyük əhəmiyyət daşımır. Tutaq ki, indiki şərtlərdə 35 nəfər geri götürdüsə, istəyib-istəməkdən asılı olmayaraq, parlamentin səlahiyyəti yoxdursa, onlar artıq fəaliyyət göstərə bilməzlər".




Ana səhifəyə qayıt        Baxış: 2 702          Tarix: 1-12-2019, 11:08      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent