Xəbər lenti
Bu gün, 12:07

 

Ötən gün Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" və “İzabel” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Yanğının “İzabel” ticarət mərkəzinin 3-cü mərtəbəsindəki ofislərin birində printerin partlaması nəticəsində baş verdiyi bildirilidi. Lakin bu gün Musavat.com olaraq bir sıra məlumatlar əldə etdik. İddialara görə, yanğın ilk öncə “X-lady” ticarət mərkəzindən başlayıb.

Hadisə baş verən əraziyə yollanıb, hər iki tərəfin mövqeyini öyrəndik. Bununla yanaşı yanğın zamanı sahibkarlara dəyən zərər və hadisənin necə baş verdiyini onların dilindən eşitdik.

Ərazidə olduğumuz zaman ticarət mərkəzlərinin qarşısında işçilərin toplaşdığının şahidi olduq. Həm “X-lady", həm də “İzabel” ticarət mərkəzlərinin fəaliyyəti dayanıb, yanan mallara baxış keçirilir, yanğın zamanı yararsız hala düşən əşyalar çölə daşınırdı.

 

Ticarət mərkəzinin satıcıları mətbuatda yayılan xəbərlərlə razılaşmırlar. Onların yanğının ilk öncə “X-lady" ticarət mərkəzindən başladığını iddi edirlər. Satıcıların sözlərinə görə, yanğına səbəb printerin partlaması olmayıb. “X-lady” ticarət mərkəzinin damından keçən naqillərdə qısaqapanm baş verib, daha sonra alov “İzabel” ticarət mərkəzinə keçərək genişlənib.

 

İlk olaraq daha çox zərər görən “İzabel” ticarət mərkəzindəki vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, yanğın zamanı “İzabel” ticarət mərkəzinə daha çox ziyan dəyib. İçi dolu ayaqqabı anbarı tamamilə yanaraq, kül olub. Yanğın təqribən 200 kvadratmetrlik ərazini əhatə edib. 3-cü mərtəbədə olan ayaqqabı anbarı, müdir otağı və dəhliz tamamilə yanıb.Yanğın aşağı mərətəbələrə də ziyan vurub. Qatı tüstü ətrafa yayılaraq, malları yararsız vəziyyətə salıb.

Özünü “İzabel” ticarət mərkəzinin məsul nümayəndəsi kimi təqdim edən İlqar adlı şəxs musavat.com-a bildirib ki, ticarət mərkəzinə təqribən 250-300 min manat məbləğində ziyan dəyib: “Yanğın zamanı əsas ayaqqabı anbarı yanıb. Təqribən 250-300 min manat civarında mal yanıb. Buradakı malların hamısı brend idi. Ən ucuz ayaqqabı 60-70 manat qiymətlərlə başlayırdı. Bundan əlavə, müdir otağında da mebellər yanıb”.

 

Daha sonar “X-lady” ticarət mərkəzindəki durumla maraqlandıq. Burada da eyni mənzərə idi. Yuxarı mərətəbələrdəki bütün mallara ziyan dəyib. Adının çəkilməsini istəməyən məsul şəxs ətrafa yayılan tüstünün geyimləri yararsız vəziyyətə saldığını bildirdi. Yanğının isə qısapanmadan baş verdiyini təsdiqlədi.

Daha ətrafllı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.




Ana səhifəyə qayıt        Baxış: 468          Tarix: 22-11-2019, 21:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent