Xəbər lenti
Bu gün, 12:07

 

  

Bakıda keçirilən Dini liderlərin II sammitində İranı bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın təmsil etməsi bəzi suallara yol açdı. Məsələ burasındadır ki, sammitə İran dini liderinin xarici siyasət üzrə köməkçisi Əli Əkbər Vilayətinin qatılacağı gözlənilirdi. Sammitdən bir neçə gün qabaq isə Argentinanın Azzərbaycandan Əli Əkbər Vilayətinin həbs olunub onlara təhvil verilməsinin tələb etdiyi xəbərləri yayıldı. Bu da istər-istəməz bəzi suallara yol açdı: Əcəba, İranın “boz kardinalı” kimi tanınan Əli Əkbər Vilayəti həbs ediləcəyindən qorxduğu üçünmü sammitə gəlmədi?

 

Ovqat.com-un sualını cavablandıran politoloq Nəzakət Məmmədova dedi ki, Vilayətinin adının protokolda olub-olmadığı ona məlum deyil: "Ola bilsin ki, o, tədbirə ümümiyyətlə, qatılmayıb. Bunun həbs olunma təhlükəsi ilə bağlı olduğunu düşünmürəm. Hər halda, Azərbaycan belə bir addım atmaqda tərəddüd edərdi. Bu, həm böyük beynəlxalq qalmaqala yol açardı, eyni zamanda Azərbaycan-İran ikitərəfli münasibətlərinə ağır zərbə olardı. Belə məsələlərdə hüquq qədər siyasət də rol oynayır. Məsələn, biz uzun illər Zori Balayan kimi bir erməni faşizmi ideoloqunun həbsinə nail ola bilmədik. Vilayətinin niyə məhz Azərbaycan səfəri zamanı həbs edilməsi tələbinin özü də diqqətçəkicidir. Hər halda Xameneinin beynəlxalq məsələlər üzrə nümayəndəsi yəqin ki, tez-tez xarici səfərlərə çıxır və məhz Azərbaycandan onun həbsinin tələb edilməsi də şübhəçəkəndir".

N.Məmmədovanın fikrincə, 1992-ci ildə törədilmiş hadisəyə görə Vilayətinin 2019-cu ildə Azərbaycanda həbsini tələb etmək absurddur: "Nəzərə alsaq ki, buna qədər də Vilayəti İranın XİN rəhbəri olaraq daima ölkəsini xaricdə təmsil edib. Argentinada güclü erməni diasporası var və mən istisna etmirəm ki, bu ölkənin XİN-də də çoxlu ermənilər var. Bu məsələ əgər doğurdan da gündəmə gətirilibsə, Azərbaycanı beynəlxalq qalmaqala cəlb etmək üçün qəsdən düşünülmüş təxribat da ola bilər. Məsələn, niyə Vilayəti Ermənistana səfəri zamanı yox, məhz Azərbaycan səfəri zamanı həbs edilməlidir?! Halbuki, hələ o dövrdə mərhum prezident Heydər Əliyev şəxsən Vilayətiyə Ermənistana tez-tez səfər etməsini irad tutmuşdu. "Azərbaycanın qulağının dibindən Ermənistana belədən-beləyə səfərlər edirsiniz, Azərbaycana gəlmirsiniz!" demişdi".

 

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Azərbaycan Dünya dini liderlərin II sammitinə ev sahibliyi etdi: "Ev sahibi olaraq xarici ölkələrin nümayəndələrinin qəbulunu yüksək səviyyədə həyat keçirdi. İran da bu sammitə dəvət olunmuşdu. Burada İranı dini rəhbərin səlahiyyətli nümayəndəsi Vilayəti təmsil etməli idi. Vilayəti ilə bağlı məlum məsələnin ortaya çıxması əsasən siyasi bir nonsens oldu. Argentinanın Azərbaycandan bu kimi tələbi həqiqətən anlaşılmazdı. Bu, bir beynəlxalq tədbirdi və Azərbaycan burada iştirak edən hər bir ölkə rəsmilərinin təhlükəsizliyinə zəmanət vermişdi".

Əsədullazadə hesab edir ki, Argentinanın bu siyasi tələbinin arxasında müəyyən bir mərkəz dayanır: "Təbii ki, Azərbaycan belə bir tələbə əməl etməzdi. Bir ölkənin yüksək səviyyədə nümayəndəsini digər ölkəyə təhvil verməzdi. Hesab edirəm ki, İranla Argentina arasında baş verən bu problemdə  Azərbaycanın adının hallanmasına yol vermək olmazdı.

Əsədullazadənin fikrincə, Vilayətinin Bakıya gəlməməsi heç də Argentinanın istəyi ilə bağlı deyil: “İranın yüksək səviyyədə dini nümayəndələri burada iştirak edib. Seçim onların idi. Görünür, belə məsləhət biliblər".

Bununla belə, Əsədullzadə onu da istisna etmir ki, Tehran Vilayəti barədə belə bir problemin olduğunu bildiyi üçün bəlkə də onu xarici ölkələrə bir o qədər göndərmir.

 Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 409          Tarix: 18-11-2019, 00:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent