Xəbər lenti
7-12-2019, 12:07
6-12-2019, 21:03

 

Noyabrın 13-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Ştatlarda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü başlayıb.

Axar.az xəbər verir ki, əvvəlcə dövlət başçıları və xanımları birgə foto çəkdiriblər.

Prezident Donald Tramp Türkiyə Prezidentinin ölkəsinə səfərindən məmnunluğunu bildirərək deyib: “Sizi burada qəbul etmək bizim üçün şərəfdir. Kürdlərlə görüşdük, xeyli məmnundurlar. Atəşkəs davam edir. Bilirsiniz, əsgərlərimizi geri çəkmişdik. Düşünürəm ki, artıq digər insanların sərhədləri üçün narahat olmamalıyıq. Öz sərhədlərimizi düşünməliyik”.

Türkiyə Prezidenti ilə uzunmüddətli dostluq əlaqələrinin olduğunu deyən ABŞ Prezidenti bildirib: “Prezident ilə çox yaxın dostuq. Uzun müddətdir dostuq. Bir-birimizi çox yaxşı anlayırıq. Haradan gəldiyimizi yaxşı bilirik və problemlərimizi də yaxşı başa düşürük. Qeyd etdiyimiz bölgədə Türkiyədən bir çox insan həlak oldu. Bu istiqamətdə addımlar atmalıyıq”.

Türkiyə Prezidenti Ərdoğan isə görüşdən sonra təşkil olunacaq mətbuat konfransında media nümayəndələrinə ətraflı məlumat veriləcəyini bildirib.

Protokola uyğun olaraq, görüşün iki saat davam etməsi nəzərdə tutulur. Prezidentlərin görüşündə Suriya böhranı ilə yanaşı, Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri, həmçinin F-35 qırıcıları ilə bağlı yaranan problem də müzakirə olunacaq.

Xatırladaq ki, Türkiyənin Suriyanın şimalında, Fərat çayının şərqində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatından sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranmışdı. ABŞ Prezidentinin dəvəti əsasında həyata keçirilən bu səfər münasibətlərin normallaşdırılmasına xidmət edir.

Donald Tramp ilə görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Ticarət Palatasının, Xarici İqtisadi Əlaqələr Komitəsinin və Türkiyə-ABŞ Biznes Şurasının təşkil etdiyi “dəyirmi masa”ya qatılıb.

***

ABŞ lideri Donald Trampla həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.

Görüşün 1 saat 15 dəqiqə çəkdiyi bildirilib. Görüşdən sonra liderlər nümayəndələrin iştirakı ilə yemək süfrəsinə əyləşib. Bundan sonra liderlərin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

***

Türkiyə ilə 100 milyard dollarlıq ticarət anlaşması barədə razılıq əldə etdik.

Bunu ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında bildirib.

Tramp öncə Ərdoğana Sərkan Kölgənin sərbəst buraxılmasından dolayı təşəkkür edib, bunun böyük jest olduğunu vurğulayıb. O, daha sonra Türkiyənin həm NATO, həm də ABŞ üçün mühüm müttəfiq olduğunu qeyd edib.

ABŞ lideri Suriyada mühüm addımların atıldığını və atəşkəs rejiminin nə qədər qarışıq olsa da, vəziyyətin yaxşılaşdığını söyləyib.

Tramp Türkiyənin S-400 almasının onlar üçün böyük çətinliklər yaratdığını, ancaq həll yolu tapmaq üçün hələ də danışıqların getdiyini deyib.

Ərdoğan da öz növbəsində ABŞ-la yeni səhifə açmağa hazır olduqlarını bəyan edib. O vurğulayıb ki, ABŞ-la Türkiyə İŞİD-i tamamilə məhv etmək üçün birgə çalışa bilər və bölgədə Amerikanın ən güvəndiyi ölkə Türkiyə olmalıdır.

Bundan başqa, Ərdoğan FETÖ-nun ABŞ-da da məhv edilməsi yönündə tələb və gözləntilərinin olduğunu bildirib.

"PKK/YPG-nin düşərgələrindən qaçaraq Türkiyənin nəzarətindəki bölgələrə gələn qadın və uşaqların da olduğu 287 nəfəri yaxaladıq. Həmçinin Cerablusa 365 min suriyalının geri dönüşünü təmin etdik. "Sülh çeşməsi" əməliyyatı ilə şəhər və kəndlərə geri dönüşlər də başladı", - Ərdoğan söyləyib.

Ərdoğan qondarma erməni soyqırımı məsələsinə də toxunub:

"Nümayəndələr Palatasında 29 oktyabrda qəbul edilən qərarların türk millətini incitdiyini və münasibətlərimizə kölgə salmağı hədəflədiyini bildirdim. Alnımız ağ, başımız dik və özümüzə inamımız tamdır. Türkiyə bu mövzuda dialoqdan və azad müzakirə mühitindən yanadır".




Ana səhifəyə qayıt        Baxış: 2 044          Tarix: 14-11-2019, 02:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent