Xəbər lenti
7-12-2019, 12:07
6-12-2019, 21:03

  

Cənubi Azərbaycanın müasir şairləri arasında xüsusi istedadı və cəsarəti ilə seçilən nümayəndələrindən biri də Azəryar Danışvərdir. Öz şeirlərində ülvi insani hissləri ilə yanaşı, Vətənpərvərlik mövzularını da dilə gətirən şair 1971-ci ildə Təbrizin Hesar məhəlləsində doğulub.

Təhsil almaq üçün məktəbə getdiyində müəllimləri ona və sinif yoldaşlarına bütün dərsləri yalnız fars dilində keçib, fars dili və ədəbiyyatını öyrədiblər. Buna baxmayaraq, balaca Azəryarın hələ uşaq vaxtlarından öz ana dilinə duyduğu məhəbbət onu türkçə yazıb oxumağa vadar edib. Məlumata görə, o, hələ məktəbə getməzdən öncə isə türk dilinin qrammatikasını öz atasından öyrənib, bir çox şairlərin şeirlərini əzbərləyib.

Gözəl yaddaşı və nitq qabiliyyəti olan Azəryar

oxuduğu şeirləri əzbərləyib, getdiyi yerdə, məclisdə əzbərlədiyi şeirləri səsləndirib. Cənubi Azərbaycanda şeirə duyulan maraq Azəryarın hələ uşaqkən populyarlaşmasına yol açıb. Təbrizdə xalq və sənətkarlar tərəfindən düzənlənən musiqi tədbirlərinin bir çoxunun aparıcısı olmaq ona həvalə edilib. Beləliklə də kitab ola bilməyən şeirlərini səhnələrdən xalqına canlı-canlı çatdırıb.

Azəryar insanların qulağına xoş gələn məlahətli səsini də Tanrının neməti sayır. Bu səs onu canlı şeir kitabı kimi yaşamağa doğru çəkir və bulunduğu hər yerdə insanlara sevə-sevə şeir oxumaqla Vətənə olan övladlıq borcunu ödəməyə çalışır...

Ssenari, pyes, şeir,eləcə də mahnı sözləri yazmaq və aparıcılıq etmək onun illər boyu əsas fəaliyyəti, həm də ən sevimli məşğuliyyəti olub. Bütün qadağanlara rəğmən səhnədə saysız-hesabsız çıxışları olur, qələmə aldığı ssenarilər teatr səhnəsində tamaşalara dönüşüb. Təbriz televiziyası üçün bir neçə serial (dizi) mətni yazıb. İctimai motivli şeirləri ona böyük ədəbi hörmət qazandırıb. 

Onun qələmə aldığı “Sənə qurban, Təbriz” həm milli hüquqsuzluğun ifadəsi, həm vətənpərvərlik duyğusunun baş şəhərinə çevrilən Təbrizin tərənnümü, həm də şeir qəraətinin mükəmməlliyi baxımından xüsusilə seçilir.

Ovqat.com Cənubi Azərbaycan şairinin indiyədək heç harda səsləndirilməyən həmin şeirini oxuculara təqdim və qəlbi vətən eşqi ilə döyünən güneyli  qardaşlarımıza ərmağan edir:




Ana səhifəyə qayıt        Baxış: 3 024          Tarix: 12-11-2019, 09:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent