Xəbər lenti
Dünən, 12:59

 

Bir neçə gün əvvəl Bakının mərkəzində erməni musiqisi dinləyə-dinləyə Azərbaycan xalqını təhqir edən şəxslərin çəkib ictimailəşdirdiyi video-görüntülər yaymışdıq. İddia etmişdik ki, bu şəxslər həqiqi hərbi diversiya qrupu olmasa belə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü informasiya savaşı casuslarıdır. Bu isə haranısa partlatmaqdan daha aşağı partizanlıq deyil və xarici əks kəşfiyyatın ən önəmli hədəflərindən biridir. Mümkündür ki, həmin şəxslər də Bakıya məhz bu məqsədlə - erməni əks-kəşfiyyatı tərəfindən Azərbaycan xalqının öz dövlətinə inamını sındırmaq, zəiflik kompleksi yaratmaq missiyası ilə göndəriliblər.

Ovqat.com-un paylaşdığı xəbər sosial şəbəkələrdə ciddi rezonans doğurdu və əksər mətbu orqanlar tərəfindən tirajlandı. Görünür, qaldırdığımız məsələ hüquq-mühafizə orqanları tərəfindən də ciddi qəbul edildiyindən qanun keşikçilərimiz dərhal hərəkətə keçib, həmin “diversiya qrupu”nu yaxalayıblar.

Verilən məlumata görə, paytaxtın yollarında qurulmuş kameralara düşən həmin nəqliyyat vasitəsi təsbit olunub və təxribatçılar dünən saxlanılıb. İlkin araşdırmalar nəticəsində erməni diversiya qrupu olmaqda şübhələndiyimiz şəxslər Gürcüstan azərbaycanlıları çıxıblar. Şübhəlilər ilkin ifadələrində Bakıda yaşayan qohumlarıgilə gəldiklərini etiraf ediblər.

Bəs bu ziyarət xoşməramlı xarakter daşıyıbsa, Azərbaycan xalqının heysiyyatı ilə oynamaları və bunu videolaşdırıb yaymaları nəyə qulluq edirmiş?

Hüquq mühafizə orqanları hazırda bu suala aydınlıq gətirməyə çalışırlar və şübhəlilərin erməni əks-kəşfiyyatına işlədikləri versiyası da istisna edilmir.

Əldə etdiyimiz məlumata görə, yaxın saatlarda (istintaqın gedişindən asılı olaraq, günlər də ola bilər) hüquq mühafizə orqanları keçirdikləri əməliyyatla bağlı birgə bəyanat yayacaqlar.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 229          Tarix: 5-11-2019, 09:04      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent