Xəbər lenti
Dünən, 12:59

 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb.

Bu barədə MEK-dən məlumat verilib.

Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib. Filmdə bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rol təsvir olunub. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilib. Filmin vizual mətninin əsas məqsədi bu tarixin tamaşaçıya daha sadə və yığcam dillə çatdırılmasıdır. İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər filmdə xüsusi olaraq vurğulanır.




Ana səhifəyə qayıt        Baxış: 167          Tarix: 15-07-2019, 01:43      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent