Xəbər lenti
5-12-2019, 12:59

 Azərbaycan millisi bir xal qazandı. Amma söhbət həmin xaldan getmir. Mən Uelslə səfər matçında da var idim və buradakı görüşü də izlədim. Artıq yığma komanda çox yaxşı təəssürat bağışlayır, futbolçular yaxşı oynayırlar. Görünür ki, sistem də dəyişib".

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın I vitse-prezidenti Rauf Əliyev Azərbaycan millisinin Xorvatiya ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib. 

Federasiya rəsmisi futbolçuların qələbə qazanmaq üçün çalışdıqlarını vurğulayıb. Onun fikrincə, daha bir müsbət məqam yığmanın bütün oyunlarda - həm evdə, həm də səfərdə qol vurmasıdır: "Bu da çox əlamətdardır və əvvəllər yox idi. Hesab edirəm ki, dünənki heç-heçə azarbaycanlı azarkeşləri sevindirdi. Qarşıda Macarıstanla oyunumuz var. Komandamız yavaş-yavaş təkmilləşir və öz oyununu göstərəcək. Ən əsası, biz ümid etməliyik ki, gələcək yaxşı olacaq. Gənc oyunçularımız yetişir. U-17, U-19 və U-21 millilərində yaxşı futbolçular var. Bunlar yığma komandanın ehtiyat qüvvələridir. Əsas yığma Uelsdə məğlub olsa da, yaxşı oyun sərgilədi. Dünən də yaxşı çıxış etdilər. Xorvatiya dünyada ikinci yığma komandadır. Onlarla heç-heçə etmək elə-belə nəticə deyil. Rəqibin heyətində adlı-sanlı futbolçular var. Ona görə də ümidlə yaşamaq və inanmaq lazımdır. Artıq görünür ki, biz yaxşıya doğru gedirik".

R.Əliyev millinin oyunu ərəfəsində Xorvatiyanın parlament nümayəndələri ilə görüşdüyünü bildirib. O, Bakıya gələn nümayəndələrin Azərbaycan yığması barədə xoş sözlər dediklərini diqqətə çatdırıb: "Onlar da Azərbaycan millisinin çox yaxşı komanda olduğunu və yaxşı oyun göstərdiyini vurğuladılar. Belə güclü rəqiblə heç-heçə etdik. Nikbindirlər. Deyirlər ki, Azərbaycan çox yaxşı balanslaşdırılmış kollektivdir və bu yığmanın gələcəyi var".

I vitse-prezident Nikola Yurçeviçin millidəki taleyi barədə də danışıb: "Onun qalıb-qalmayacağını seçmə mərhələ göstərəcək. Baş məşqçinin sözləşməsi bir seçmə mərhələ üçün nəzərdə tutulub. Tskil bitəndən sonra isə o məsələni həll edəcəklər. AFFA-nın prezidenti və İcraiyyə Komitəsi var. Qarşıda Macarıstan, Slovakiya və Uelslə oyunlar var. Yığma bu görüşlərə hazırlaşmalı və oyunlara çıxmalıdır. Nəticənin necə olacağını görməliyik. Bu barədə danışmaq çox tezdir".

R. Əliyev komandanın son üç oyundakı şanslarından da söz açıb: "Qarşıdakı matçlarda hər şeyə ümid etmək olar. Bu, futboldur. Burada erkən proqnoz vermək mümkün deyil. Futbolçular Xorvatiya ilə görüşə çıxdı, yaxşı oynadı və nəticə verdilər. İrəli baxmaq və ümidlə yaşamaq lazımdır".




Ana səhifəyə qayıt        Baxış: 48          Tarix: 10-09-2019, 13:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent