Xəbər lenti
Bu gün, 12:07

Əslində, İrandakı etirazların miqyası televiziya və sosial şəbəkələrin göstərdiklərindən qat-qat böyükdür, rejim ölkədə interneti bağladı və etirazların hansı arealda yayıldığı tam dəqiqliklə işıqlandırıla bilmədi. Xalqın qəzəbi rejimin ən əsas dini və siyasi simvollarını yüzlərlə şəhərdə darmadağın etdi. Etirazlar yanacağın qiymətinin artması səbəbindən başladı, lakin indi hakimiyyətdəkilərin özünü və legitimliyini təhdid edir.
Etirazların nəticəsi və rejimin taleyi ilə bağlı proqnozları təqdim etməzdən əvvəl xalq hərəkatının tam mənzərəsini görməkdə fayda var. Bu, ölkəni sarsıdan üçüncü dalğadır.

Birincisini, 2009-cu ildə, İran paytaxtının küçələrində etirazlar başlayanda gördük.
O zaman aksiyalara seçki saxtakarlığına etiraz edən rejimin iki nümayəndəsi Musəvi və Karubi rəhbərlik etdilər.
Bunlar həqiqətən hakimiyyət dairələrində qarşıdurmanın miqyasını çılpaqllığı ilə ifşa edən, rəhbərliyin xalqına həqiqi münasibətini göstərən və bununla da hakimiyyətin imicini yerlə-bir edən kütləvi nümayişlər idi. Narazıçılıqlar yatırıldı və liderlər yaşlarına baxmayaraq ev həbsinə göndərildi.

Etirazların ikinci dalğası 2016-2017-ci illərdə başladı.
O zaman iranlılar bahalaşma və ictimai xidmətlərin azalması səbəbi ilə səfərbər oldular və bu dəfə də eyni səbəblərdən Tehrandan kənar bölgələrdə və şəhərlərdə xalqı qəzəbi partlayış verdi - etirazlar İranın təxminən 50 şəhərində qeydə alındı.
O hadisələrin mahiyyəti bunda idi ki, aksiyaların əsas qüvvəsi cəmiyyətin tamamilə fərqli təbəqələri - müəllimlər, adi işçilər, sürücülər idi, lakin liderlərin iştirakı yox idi. Rejim eyni dərəcədə sərt davrandı, lakin etiraz hərəkatını yatırtmaq üçün daha çox vaxt lazım oldu.

Hazırkı üçüncü etiraz dalğasının miqyası daha ciddidir. 
Tehranda və digər böyük şəhərlərdə yaşayan tələbələr və orta sinif nümayəndələri da daxil olmaqla cəmiyyətin bütün təbəqələri iştirak etdi. Bu gün İran rejimi əvvəlkindən daha sərt və qətiyyətli tədbir görməyə başladı və buna görə təhlükəli videoların yayılmasının qarşısını almaq üçün etirazçıları əlaqə vasitələrindən məhrum etmək qərarına gəldi. Ancaq iğtişaşlar davam etdi. Bu fakt, insanların azad iradə ilə hərəkət etdiyini, heç kimin onları yönəltmədiyini, hakimiyyətin dediyi kimi onları heç kimin "qızışdırmadığını" göstərir. İnsanların yanacaq qiymətlərinin artmasına qəzəblənməsi başa düşüləndir.
Çətin ki, rejimi İran küçəsinin reaksiyası təəccübləndirsin, çünki rəhbərlik yanacağın qiymətinin iki qat artırılmasında israr etməyə başladı və Ali Rəhbər xalq üsyanını xəyanət hesab etdi. Sonradan zərbə altında qala biləcək prezident Həsən Ruhani eyni fikirdədir. İran hakimiyyəti öz tarixində ABŞ-ın ən sərt və ən ağrılı sanksiyaları ilə qarşı-qarşıyadır.
Vətəndaşları dövlət xidmətlərindən, iş yerlərindən və qazanclarından məhrum etdikdən sonra hakimiyyətin yaşamaq-ayaqda qalmaq üçün yalnız bir yolu var - güc tətbiq etmək.
Bu dəfə rejim səhnədən getmək üçün geniş miqyasda zorakılıq tətbiq etməyə hazırdır və özlərini müdafiə edə bilməyən aksiyaçılar, mövcud böhranın simvolu olan -yanacaqdoldurma məntəqələri və bankları yandırmağa əl atırlar. Sosial şəbəkələrə sızan görüntülər bugünkü hadisələrin keçmişdəkilərdən daha ciddi və təhlükəli olduğunu təsdiqləyir.
Məncə, bu dalğa rejimi devirməyəcək, çünki rejim Suriyada olduğu kimi zorakılığa əl atmağa hazırdır, amma bu qəzəb və etirazlar rejimin təməllərini və ya onlardan qalanları məhv edəcək. Hakimiyyət böhrandan salamat çıxsa belə, ölkə tarixində ən zəif duruma düşəcək. Ölkədə hakim olan və xaricdəki hər kəsi təhdid edən “İnqilabçı İran” bitdi.




Ana səhifəyə qayıt        Baxış: 70          Tarix: 21-11-2019, 15:40      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent